
Şimali Koreyada iPhone və iPad satışlarına qadağa qoyula bilər: Səbəb nədir?
Elm & Texnologiya
12.09.2018
Emil
Şimali Koreyanın Ticarət Nazirliyi ölkənin Aparıcı
Texnologiyalar İnstitutunun ərizəsini tədqiq edəcək. Belə ki, institutun ərizəsində
qeyd olunub ki, Apple şirkəti özünə məxsus omayan patentdən istifadə edir. Əgər
nəticə etibarilə bu iddia təsdiqlənsə Şimali Koreya ərazisində iPhone və iPad
satışlarına qadağa qoyulacaq. Koreyanın Aparıcı Texnologiyalar İnstitutu güman
edir ki, Apple şirkəti institutun patentini öz prosessorlarında istifadə edir.
İnstitutun təmsilçiləri Şimali Koreya hökumətindən bu iddianın yoxlanılmasını tələb
edib. BusinessKorea saytının verdiyi məlumata əsasən bu yoxlanış artıq iki dəfə
uzadılıb və çox güman ki., nəticə heç də Apple şirkətinin xeyrinə olmayacaq.
Sözügedən patent altına düşən cihazlar siyahısında iPhone 8, iPhone 8 Plus,
iPhone X və bütün iPad modelləri var. Apple bu məsələdə öz rəqibi Samsung şirkəti
vasitəsilə qalib gələ bilər. Belə ki, Samsung da bu institut ilə məhkəmə
prosesindədir və həmin məsələdə də əsas səbəb patent sorğusudur.
“Biz, Samsung Electronics-in
iştirak etdiyi məhkəmə prosesinə fikir verməyə bilmərik. Buna baxmayaraq bizim
diqqətimiz Apple ilə bağlı istintaqa yönəlib. Bu isə onunla əlaqədardır ki,
Samsung şirkətinin hüquqşünasları patentin doğru olmadığı barəsində ciddi
sübutlar təqdim ediblər” – deyə Koreyanın Ticarət Nazirliyi bildirib. Əgər
Samsung şirkəti institutun patentinin doğru olmadığını sübut edə bilsə, bu öz
növbəsində Apple ilə bağlı məsələni də aydınlaşdıracaq. Belə ki, istintaq üçün əsas
olmayacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
