main-post-cover

    Sinfinin ən sürətli skaneri - Fujitsu IX100 [Video]

    11.12.2018
    Farid Pardashunas
        Fujitsu IX100 dünyada ən sürətli batareya ilə qidalanan portativ skanerdir. Qurğu yalnız 400 qram ağırlığındadır və 5.2 saniyədə bir səhifə skan edir (A4, rəngli, 200/300 dpi), yəni öz sinifində ən sürətli skanerdir.
        Daxili Wi-Fi modulu ev və ya ofis daxilində mövcud şəbəkələri avtomatik olaraq tanıyır və onların arasında asan qoşulmanı təmin edir. İstifadəçilər sənədləri simsiz rabitə ilə skan edərək birbaşa Wi-Fi-ya qoşulmadan Android və ya iOS cihazlarına göndərə bilərlər.
        Əlavə olaraq siz skan edəcəyiniz faylın ölçüsünü və formatını özünüz seçə bilərsiniz. Skan olunmuş faylları nəinki jpeg, hətta pdf, word, excel kimi fayl növlərində yadda saxlamaq mümkündür.
        Tam yüklənmiş batareya ilə təxminən 260 dəfə skan etmək mümkündür. Eyni anda 3 ədəd biznes kartını skan edə bilən bu cihaz, prosesi bir neçə saniyəyə yerinə yetirir. Əlavə olaraq IX100 hətta uzun çekləri rahatlıqla skan edə bilir.
        Halal-P şirkəti, Azərbaycanda Fujitsu skanerlərinin rəsmi distribyutorudur. Şirkətin məhsulları və xidmətləri haqqında daha ətraflı məlumatı Facebook və LinkedIn rəsmi səhifələrində və ya (012) 497-10-21 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər