
Yüzlərlə zəhərli kimyəvi
maddədən ibarət siqaret filterləri, ətraf mühitə şüursuzca atılır. Tədqiqatçılar,
siqaret filterlərindən istifadə edərək daha dayanıqlı asfalt əldə etməyi bacardı.
Hər il istehsal olunan 6
trilyon siqaret ilə 1.2 milyon
tondan çox filter zibili çıxarılmış
olur. Zəhərli bir tullantı olan bu filteri
ümumiyyətlə ətraf mühitə buraxılaraq çirkliliyə də səbəb olur. Avstraliyadakı RMIT Universitetindəki tədqiqatçılar
, siqaret filterlərindən etibarlı
bir şəkildə istifadə edilməsinin yeni bir yolunu tapdı.Asfaltın, qeyri-adi bu quruluş vəsaitindən necə yararlanabiləcəyini
tətqiq edən qrup əvvəlcə içindəki zəhərli kimyəvi maddələrin ətraf mühitə
sızmasının qarşısını almaq üçün parladıcı bal şamı və bitümlü izolyasiya
inkişaf etdirmişlər. Daha sonra siqaret filter tullantıları isti asfaltın
quruluşuna əlavə edərək daha sıx bir quruluş olması təmin edilib.
Günəş sistemi haqqında 10 maraqlı fakt
Siqaret filterli asfaltın testlərini reallaşdıran qrup, tıxacın sıx olduğu zamanlarda asfaltın daha dayanıqlı olduğunu göstərdiyini ifadə edir. Əlavə olaraq yeni asfaltın digər asfaltlara müqayisədə istiləşməyə daha az meylli olduğu müşahidə edildiyini bildiriblər. Bu vəziyyət şəhərlərdə, yollardan qaynaqlı istilik artımının da qarşısını ala bilər.
Bu tətqiqat, böyük bir tullantı problemini aradan qaldırarkən, yeni bir quruluş vəsaiti yaradılabiləcəyini də göstərir. Beləliklə siqaret filtrelərindəki yüzlərlə zəhərli kimyəvi maddə nəzarət altına alınmış və daha dayanıqlı yollar əldə edilmiş olacaq.