Logo
    main-post-cover

    Siri, IQ testi keçə bilmədi

    Elm & Texnologiya
    12.10.2017
    Emil
    Süni zəkanın imkanlarını yoxlayan yeni test keçirilib.
    Belə ki, bu dəfə məşhur şirkətlərin hazırladıqları süni zəkaların IQ testləri keçirilib. Bu barədə ArXiv jurnalında dərc olunmuş xəbərdə qeyd olunub. Sözügedən tədqiqatda “Google”, “Microsoft”, “Baidu” və “Apple” şirkətlərinin süni zəkaları iştirak ediblər. Test zamanı “Google” şirkətinin süni zəkası 47.28 xal yığıb. Bu, orta statistika üzrə xalı 55.5-ə çatan 6 yaşlı uşağın göstəricisidir. Qeyd etmək lazımdır ki, hələ 2014-cü ildə sözügedən şirkətin süni zəkası, 26.5 xal yığmışdı. Yəni 3 il ərzində sistem öz göstəricisini 2 dəfə yüksəldib.

    “Google”dan sonrakı yeri, Çinin ən böyük internet şirkəti olan “Baidu” tutub. Belə ki, o, 32.92 xal yığıb. Microsoft Bing, 31.98 xalla 8-ci yerdə qərarlaşıb. Siri isə 23.94 xal yığaraq sonuncu yeri tutub. Testin yaradıcıları, süni zəkaların öyrənmə, kritik düşünmə, məlumatı anlama və emal etmək kimi özəlliklərini analiz ediblər. Tədqiqat müəlliflərinin sözlərinə görə hətta “Google” və “Apple” kimi şirkətlərin hazırladıqları təkmilləşdirilmiş sistemlər də insanlardan çox geridə qalırlar. Buna əsas səbəb isə onların, insan kimi emosiya sərgiləməmələri və yaradıcı düşünə bilməmələridir.
    Paylaş
    Bənzər xəbərlər