
Siri, istifadəçilərin istəyi ilə eskort xidmətlərini təklif edir
Elm & Texnologiya
07.05.2017
Farid
"Apple”ın səsli köməkçisi Siri ilə bağlı çox maraqlı hadisə baş verib.
Belə ki, Siri, istifadəçilərin sorğuları nəticəsində
Kanadanın Toronto şəhərindəki kiberidman barına eskort xidmətlərini sifariş
edir. Metdown eSports adlı barın sahibi Elvin
Akopyan-ın məlumatına əsasən ona mütəmadi olaraq naməlum insanlar zəng edirlər. Zəng
edən naməlum insanlar ondan eskort xidmətlər barədə məlumatlar və onların qiymətlərini
soruşurlar. İlk öncə Akopyan, bunun sadəcə olaraq telefon zarafatı olduğunu
düşünüb. Lakin sonradan o öyrənib ki, bu, Siri səsli köməkçisinin bir səhvidir.
Görünür, Siri, eskort sözü ilə eSport sözlərinin eyni mənanı verdiyini hesab
edib. Barın sahibi, bu səhvi aradan qaldırmaq üçün "Apple” ilə əlaqə yaratmağa
çalışıb. Lakin onun bu istəyi uğurla nəticələnməyib. Bununla yanaşı barın
sahibi, barın telefon nömrəsini dəyişmək niyyətində deyil. Əksinə o bu səhvi,
barın özəl xüsusiyyəti etmək niyyətindədir.
Paylaş
Bənzər xəbərlər