Sizin avtomobiliniz sizin haqqınızda olan məlumatları bilir

Sizin avtomobiliniz sizin haqqınızda olan məlumatları bilir

Texnologiya
20.01.2018 PAYLAŞIM

The Next Web saytının mütəxəssisləri avtomobillərin öz sürücülərini necə izlədiklərini, avtomobil şirkətlərinin isə bu məlumatları 3-cü şəxslərə necə satdıqlarının dərin analizini aparıblar.

General Motors” şirkəti ilk dəfə öz sürücülərini 1996-cı ildə izləməyə başladı. Öz məşhur OnStar xidmətindən istifadə edərək sürücülər avtomobillər ilə bağlı nasazlıqların sorğusunu göndərə, operatorla səs vasitəsilə əlaqə yaradaraq oğurlanmış avtomobili blok edə bilər. Bu xidmətin dəyəri aylıq 35$ təşkil edirdi. Lakin OnStar istifadəçilərdən onların xəbəri olmadan təkcə onların aylıq 35$-nı almırdı. Məlumatlar rəqəmsal texnologiyalar dövrünün valyutasıdır. Avtomobil istehsalçıları tərəfindən yığılan məlumatlar isə günlərin birində avtomobildən də dəyərli resursa çevrilə bilər. 2014-cü ildən bəri GPS sisteminə sahib olan avtomobillərin 100%-i gedilmiş marşrutların, avtomobillərin saxlandığı yerlərin məlumatlarını özlərində saxlayırlar.



Avtomobillər sürücünün nə qədər müddət ərzində avtomobilin daxilində olduğunu və sürücünün əsasən harda avtomobili park etdiyini bilirlər. Hal hazırda elə bir qanun yoxdur ki, bu cür məlumatları yığmaqda avtomobil istehsalçılarına qadağan etsin. 2017-ci ildə yalnız 21 avtomobil istehsalçısı bu məlumatların yığılmasında şəffaflığa riayət edəcəklərini və sürücülərdən razılıq alacaqlarını bildirmişdi. Bununla yanaşı bu cür qərar yalnız şirkətin nüfuzunu qaldırmaq üçün nəzərdə tutulmuş bir addımdır. Praktiki olaraq isə şəffaflıq sözünün altında nəyin gizləndiyini yalnız avtomobil istehsalçıları bilirlər.


Bununla yanaşı avtomobil istehsalçıları sürücünü qərar qarşısında qoyurlar: Məlumatların yığılmasına razılıq vermək və ya avtomobildə GPS ilə Wi-Fi-dan istifadədən imtina etmək. Yeni texnologiyalar sayəsində avtomobil istehsalçıları avtomobil daxilində olan kamera və mikrofonlar sayəsində məlumatları əldə edirlər. Avtomobilin xaricində ola ötürücülər sayəsində isə istehsalçılar sizin olduğunuz ətraf mühit barəsində məlumat yığırlar. Bir sıra avtomobillər sürücü üzünün skan texnologiyasına sahibdirlər. Apple CarPlayAndroid Auto kimi tətbiqlər isə smartfonlarla inteqrasiya üçün və daxil olan zəngləri, mətnli ismarışları və s. kimi məumatları izləməkdə istifadə oluna bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini a..

Mobil prosessorlar sahəsinin ən böyük istehsalçılarından biri olan TSMC 3 nanometrlik texnoloji pros..


Elon Musk, Tesla-nın 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə ver..

Bir neçə gün bundan öncə baş tutmuş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk şirkətin p..


Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblə..

İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların..


AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok pro..

AMD rəsmisi olan Frank Azor-un verdiyi məlumata görə yeni RX 6000 videokartlarında stok problemi olm..


Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat ..

Microsoft şirkəti Edge brauzerində etdiyi optimizasiyalar haqqında məlumat verib.


Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib..

Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqd..

×