main-post-cover

    Sizin üçün seçdik: 5 Ən yaxşı Android Browser

    18.03.2018
    Nijat Hamid
    Bildiyimiz kimi Android ƏS-nin tətbiq ekosistemi çox genişdir. Bu genişlik o həddə çatır ki, artıq bir-birinin kopyası olan tətbiqlər və çoxlu alternativlər arasında seçim etməyə məcbur qalırıq. Ona görə də, Biz Technote olaraq, hər həftə sizlər üçün 5 ən yaxşı və funksional tətbiqləri seçirik. Belə ki, bu tətbiqlər yaxşı optimizasiya edilmiş, az RAM istifadə edən və ideal funksiyalara malik tətbiqlər olmasına xüsusi diqqət edirik. Bu həftəki seçimimiz isə "Browsers" və ya öz dilimizdə desək "Brauzerlər".
    Browser (Brauzer) internetə və saytlara girməyiniz üçün lazım olan tətbiqlərə verilən addır.    
    Qeyd etmək lazımdır ki, seçdiyimiz brauzerlər maksimum dərəcədə yüngül, az RAM ehtiyacı olan və telefona ağırlıq etməyən tətbiqlərdir. Ayrıca siyahıda olan hər tətbiqi Play Store-dan asalıqla yükləyə bilərsiniz. O zaman tətbiqlərimizə keçək.
    1. Chrome    
    Hər telefonda standart olaraq gələn bu tətbiq demək olar ki, web saytları mobil cihazlardan ən uyğun və sürətli şəkildə yükləyən alqoritmlərə malik tətbiqdi. Siyahının 1-ci yerinə qoymağımıza səbəb bir çox saytların bu tətbiq ilə daha uyğun işləməsidir. Lakin qeyd etməliyik ki, tətbiqin bir çox mənfi cəhətləri var. Belə ki, tətbiq digər rəqiblərindən funksionallıq və optimizasiya cəhətindən geri qalır. Digər tətbiqlərdə olduğu kimi AdBlock, VPN, Gecə Modu ( Night Mode) və s. kimi funksiyalardan məhrumdur. Ayrıca çox RAM istifadə edir və bəzi telefonlarda qızmaya səbəb olur. Ayrıca digər tətbiqlər ilə müqayisədə batareyanı daha tez bitirir. Amma qeyd etdiyimiz kimi, ən stabil və sürətli şəkildə internetdə gəzmək üçün ideal bir tətbiqdir. Meqabayt ilə internetə girən istifadəçilərə məsləhət görülmür.
    2. Opera    
    Opera brauzeri uzun illərdir ki, kompüter işlədən istifadəçilərin də sevimlisi olmuş bir tətbiqdir. Son illərdəki yeniliklər ilə həm kompüter tərəfdən, həm də mobil tərəfdən bir xeyli uğur qazandı. Chrome-dan sonra ən stabil internet gəzintisini təmin edən və funksionallıq, həmçinin az RAM və bateraya sərfiyyatı ilə siyahımızda 2-ci yeri tutmağa layiq oldu. Tətbiqdə bir çox funksiyalar, AdBlock, Offline gəzinti, Tərcümə dəstəyi və s. var. Ayrıca Chromium 61 bazası üzərində qurulduğu üçün Chrome tətbiqi qədər sürətli və stabil internet gəzintisini təmin edir. Qeyd edək ki, Opera Mini adlı bir başqa versiyası daha var ki, MB istifadə edərək internetə girən istifadəçilərimizə məsləhət görülür.
    3. Mozilla Firefox    
    Firefox brauzeri də həm kompüter, həm mobil tərəfində özünü isbat etmiş tətbiqlər sırasına daxildir. Firefox-un ən üstün cəhətləri  estetik olaraq bir çox dəyişiklik etməyə imkan verməsidir. Ayrıca Add-on dediyimiz əlavə paketləri ilə digər tətbiqlərdən bir xeyli fərqlənir. Quantum adı verilən yeni alqoritm hesabına Firefox-un saytları daha sürətli yüklədiyi artıq hamıya məlumdu.Ayrıca siyahıdakı təklükəsizliyi təmin edən ən yaxşı tətbiqdir. Lakin digərlərinə nisbətən ağır tətbiqdir. Saytlari sürətli açsa belə tətbiqin özü biraz yavaş işləyir. Wi-Fi ilə saatlarca internetdə gəzən istifadəçilərimizə məsləhət görülür.
    4. UC Browser        
    UC Browser tətbiqi estetik olaraq ən gözəl görünən və rəngarəng dizayna malik olan tətbiqdi. Belə ki, Facebook, Instagram ilə xüsusi inteqrasiyaları mövcuddur. Funksionallıq olaraq da, AdBlock, Data Savings (Saytları sıxışdıraraq internet paketinin daha az getməsini təmin etmək), Sürətli yükləmə modu, Gecə modu kimi bir çox xüsusiyyətlərə malikdi. Fərqlilik və rəngarənglik sevən istifadəçilərimiz üçün bu tətbiqi məslətər görürük. Ayrıca tətbiq çox da RAM və batareya istifadə etmir. Saytlari yükləmə sürəti isə ChromeFirefox qədər olmasa da standart bir səviyyədədir.
    5.  CM Browser    
    Clean Master Browser olaraq adlanan tətbiqin ən üstün cəhəti özünə məxsus Antivirusu olmasındadır. Belə ki, bu antivirus internətdən yüklədiyiniz fayllardan tutmuş girdiyiniz hər sayta qədər analiz edir və sizin təhlükəsizliyinizi qorumağa çalışır. Bundan başqa AdBlock, Night Mode kimi funksiyalar da var. Saytları yükləmə sürəti digərlərində olduğu kimi standart səviyyədədir. Sayt daxili tərcümə və söz axtarışı ilə birlikdə bu siyahıya girməyə layiq bir tətbiq olaraq seçdik. Təhlükəli reklamlarla dolu saytlarda gəzən istifadəçilərimizə məsləhət görülür.
    Technote olaraq bu həftə Sizlər Üçün Seçdik. Bəs siz hansı Browser(Brauzer)-i istifadə edirsiniz ?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər