Sizin üçün seçdik: 5 Ən yaxşı Android Launcher

Sizin üçün seçdik: 5 Ən yaxşı Android Launcher

10.03.2018 PAYLAŞIM

Artıq hər telefon şirkəti yeni modellərində öz "Launcher"ini təkmilləşdirir, amma bir çox köhnə model telefon bu yeni launcherdən faydalana bilmir. İlk öncə "Launcher nədir?" sualını cavablayaq. Ayrıca qeyd edək ki, əgər köhnə və donmalar baş verən bir telefonunuz varsa, aşağıdakı tətbiqləri mütləq yoxlayın.

Mobil telefondakı ana ekran (home screen) və tətbiq pəncərəsi (app drawer - telefondakı tətbiqləri baxdığınız yer) bir yerdə "Launcher" adlanır.    


Bildiyiniz kimi Play Store-da müxtəlif bu tip tətbiqlər var. Amma bu tətbiqlərin əksəriyyəti çoxlu RAM və batareya enerjisi istifadə edir. Biz Technote olaraq araşdırıb və öz təcrübələrimizə əsasən sizlər üçün ən ideal launcher-ləri seçtik.

1. Nova Launcher                  

  Nova Launcher bu kimi tətbiqlər arasında zirvədə olan bir launcher hesab edilir. Ən əsas fərqləri RAM və batareya enerjisini az istifadə etməsidir. Bunun hesabına həm daha stabil, həm də daha sürətli bir təcrübə ilə sizləri qarşılayır. Tətbiq özündə çox sadə interfeysə və geniş ikon dəstəyinə malikdi. Həmçinin proqram menyusunu istəyiniz kimi dəyişdirə bilər və ya tamamilə Pixel tərzində bir menyu ilə saxlaya bilərsiz. Tətbiq bunlardan başqa keçid animasiyalarını da dəstəkləyir. Bu yazdıqlarımızdan sonra deyə bilərik ki, Nova Launcher həm estetik olaraq, həm də stabillik olaraq ən ideal launcher-dir.











2. Smart Launcher 3 

 Nova kimi Smart Launcher də az RAM istifadə edir. Amma Nova Launcher'-ə müqayisədə daha az funksiyaları var. Ayrıca batareyaya qənaət kifayət etsə də, Nova kimi mükəmməl deyil. Smart Launcher-in ən fərqli cəhəti çox sadə dizayna malik olması və qısa zaman ərzində hər şeyi anlamağınıza yetəcək qədər standart hazırlanmasıdır. Əgər Nova-nın bir çox funksiyasından istifadə etmirsizsə, Smart Launcher 3 tam sizə görədi.


3. Pixel Launcher     

 "Google" şirkətinin son model telefonları olan Pixel modellərində istifadə etdiyi interfeys təcrübəsini, siz Pixel Launcher ilə yaşaya bilərsiz. Telefonunuzu eyni ilə Google Pixel telefonlari kimi edən tətbiq, ayrıca Google tətbiqləri ilə də yaxşı inteqrasiya olunub. Əgər Google AppGoogle Assistant kimi tətbiqləri istifadə edirsizsə, bu launcher-dən məmnun qalacaqsız.

 


4. Apex Launcher        

  Digər Launcher-lər kimi Apex Launcher-də öz funksionallığı ilə önə çıxır. Geniş animasiya dəstəyi, çox saylı Widget-lər ilə birləşərək Apex-i istifadəçilərə sevdirir. Stabil və sadə dizayna malik olan launcher tema dəstəyi ilə də seçilir. Qeyd etmək lazımdır ki, Apex yuxarıda saydığımız launcher-lər kimi az RAM istifadəsindən yoxsuldu. Düzdü Play Store-dakı digər tətbiqlərdən yaxşıdı, amma bir Nova və ya Smart Launcher kimi deyil.


5. Buzz Launcher    

 Buzz tətbiqi digər launcher-lərdən bəzi şeylərdə geridə qalsa da, öz stabilliyi və geniş tema dəstəyi ilə sevilən və seçilən bir tətbiq  olmaqdadır. Sadəcə ən böyük mənfi cəhəti tətbiqdə reklamların çox olmasıdır ki, bu da premium versiya alaraq bu reklamlardan azad ola bilərsiz. Buzz Launcher bizə sadə interfeysi, asan menyu dili ilə tətbiqin rahatlıqla idarəsini təmin edir. Amma RAM və batareya enerjisini istifadəsi olaraq digərlərindən bir xeyli geridədir.


Bəs siz hansı Launcher-dən istifadə edirsiz ? 
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×