Skype, Android versiyası ilə yeni bir rekorda imza attı
26.10.2017
Farid Pardashunas
6 il əvvəl Skype-ı
satın alan Microsoft, mobil cihazlarda FaceTime və WhatsApp kimi tətbiqlər ilə
yarışacaq hala gələ bilmək üçün hər keçən gün yeni bir xüsusiyyət ilə istifadəçilərin
qarşısına çıxmağa davam edir.Bu il Skype-ın Android versiyasına böyük ağırlıq verən
Microsoft, İyun ayında yayımladığı Skype 8.0 versiyası ilə birlikdə tətbiqin
dizaynını başdan aşağı dəyişdirərək, bir çox yeniliyi istifadəçilərə təqdim
etdi.
Edilən radikal dəyişikliklərin Skype-ın hücuma keçməsini təmin
etdiyi, Play Store məlumatları sayəsində bir dəfə daha təsdiqləndi. Çünki,
Skype-ın Android versiyasının yüklənmə rəqəmləri,
bu gün etibarilə 1 milyard səddini aşdı.İyul 2013-cü ildə Play Store üzərindən 100 milyon dəfə yüklənən Skype-ın yüklənmə rəqəmləri fevral 2015-ci ildə 500 milyon səviyyəsinə
çatarkən, son iki ildə həyata keçirilən dəyişikliklər ilə birlikdə bu ədəd ikiyə
qatlanmış oldu.
Microsoft bu sayədə 2011-ci ildə 8.5 milyard dollar ödəyərək
satın aldığı Skype ilə ciddi bir böyümə sürətinə çatarkən, irəliləyən dövrdə edəcəyi
radikal dəyişikliklər maraqla gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!