Slayder formatına və 10 GB RAM'a sahib Xiaomi Mi Mix 3 rəsmi olaraq təqdim olundu

Slayder formatına və 10 GB RAM'a sahib Xiaomi Mi Mix 3 rəsmi olaraq təqdim olundu

25.10.2018 PAYLAŞIM

    Xiaomi şirkəti rəsmi olaraq özünün yeni çərçivəsiz flaqman modeli olan Mi Mix 3 modelini təqdim etdi. Bu smartfon şirkətinin ilk modelidir ki, slayder formatında hazırlanıb. Mi Mix 3 bu dəfə ekran üzərində çıxıntı hissəsiz istehsal edilib. Smartfonun çərçivələri maksimal dərəcədə nazikdir. Buna görə də onun ekranı cihazın ön panelinin 93.4%-ni əhatə edir. Smartfon 19.5:9 nisbətli Full HD+ keyfiyyətli 6.39 inç AMOLED ekran ilə təchiz olunub. Smartfonun konstruksiyası slayder formatında hazırlanıb və ekranın aşağı sürüşməsi maqnit mexanizm sayəsində reallaşır.


Bənzər xəbər


    Əsas texniki göstəricilərə gəldikdə isə Mi Mix 3 8 nüvəli Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 6/8/10 GB RAM, 128/256 GB daxili yaddaş və Quick Charge 4+ sürətli enerji yığma özəllikli 3850 mAh enerji tutumlu batareya (naqilsiz şarj texnologiyalı) ilə təchiz olunub. Yeni modeldə kamera göstəriciləri də təkmilləşdirilib. Belə ki, Mi Mix 3 arxa paneldən 12 MP (f/1.8 diafraqmalı) + 12 MP (f/2.4 diafraqmalı) ikili arxa kameraya və ön paneldən 24 MP + 2 MP (HDR dəstəkli) ikili ön kameraya sahibdir. Arxa paneldəki əsas 12 MP-lik kamera modulu 4 oxlu optik stabilizasiyanı və Dual Pixel avtofokusunu dəstəkləyir. Kameralar həmçinin yaxşı işıqlandırılmamış mühitdə keyfiyyətli fotolar çəkməyi bacarır, kadrdakı səhnələri təyin edərək onlara optimal çəkiliş rejimlərini təqdim edən süni zəka texnologiyasını dəstəkləyir və saniyədə 960 kadr sürətlə Super Slow-Mo videolar çəkə bilirlər.


    Smartfon həmçinin Xiao AI adlı səsli köməkçini aktiv etmək üçün sol tərəfdən ayrıca düyməyə də sahibdir. Mi Mix 3-ün PC qoşulması və şarj prosesi USB Type-C girişi vasitəsilə reallaşdırılır. Bütün gözləntilərə baxmayaraq barmaq izi skanı texnologiyası smartfonun ekranına inteqrasiya olunmayıb. O, smartfonun arxa panelində yerləşir. Smartfonun artıq ön sifarişlərinə start verilib və Çin bazarında 1 Noyabr tarixindən satışa çıxacaq. Beləliklə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 475$, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 520$, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya 575$, 10 GB RAM, 256 GB daxili yaddaşa və komplektdə naqilsiz şarj cihazına sahib versiya 720$ qiymətinə satılacaq və Noyabr ayının sonunda satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×