Smartfonda göz yorğunluğunu azaltmaq üçün 5 üsul

Smartfonda göz yorğunluğunu azaltmaq üçün 5 üsul

Texnologiya
27.07.2021 PAYLAŞIM

    Gözlərimizin yorulma səbəbi telefon və kompüterlərimizin ekranlarından yayılan Mavi İşıq-dır. Mavi işıq günəşdən gələn ağ işığın gözlə görülə bilən 3 növündən biridir. Digər 2-si isə qırmızı və yaşıldır. Yəqin ki, RGB terminini eşitmisiniz. Bu termin də elə bu 3 üç işığın birləşməsindən yaradılıb və işıq spektrumunun əsasını təşkil edir.

    Mavi işığ  ən çox enerjiyə malik olan işığdır. Bu işıq parlaq günəş işığı altında belə görünə bilir. Elə bu səbəbdən də ekranlarda istifadə edilir. Gözlərimizin yorulması da buna görə olur. Gün işığından fərqli olaraq mavi işıq gözümüzdə müəyyən filterlərdən keçmir və bir başa gözümüzə təsir edir. Mavi işığın səbəb olduğu göz yorğunluğunu azaltmaq üçün isə bir neçə üsul mövcuddur.


    1-Dark Mode-u aktivləşdirin. “Dark mode” və ya “Qaranlıq rejim” demək olar ki, artıq bütün telefonlarda və kompüterlərdə mövcuddur. Bu rejim həm göz yorğunluğunu azaltdığı üçün, həm də daha az enerji istifadə etdiyinə görə istifadəçilər tərəfindən çox sevilir. Həm Android, həm iOS cihazlarında “Settings” menyusuna keçid edərək “Display” ayarlarına daxil olub Dark Mode-u aktivləşdirə bilərsiniz.

    Kompüterinizdə isə əgər Windows 10 istifadə edirsinizsə öncə Settings-ə olub, açılan pəncərədən “Personalization” bölməsinə keçid edərək “Colors” ayarlarına daxil oluruq. Buradan Dark seçimini edərək kompüterimizdə Dark Mode-u aktivləşdirə bilərik.

          2- Gecə işığı-nı aktivləşdirin. Smartfon və kompüter istehsalçıları Mavi işığın zərərlərini azaltmaq üçün Gecə işığı və ya Gecə Filteri adlanan funksiyanı təqdim edirlər. Bu funksiya ekranlardan yayılan mavi işığa sarı işıq əlavə edərək onun zərərlərini azaldır.  

    Smartfonlarda bu funksiyanı “Settings” daha sonra “Display” menyularına daxil olaraq aktivləşdirə bilərsiniz. Kompüterlərdə isə öncə “Settings” menyusuna daxil olub “System” bölməsinə keçid edirik. Buradan “Display” menyusuna daxil olaraq gecə işığını aktivləşdirmək mümkündür.

    3- Hər 45 dəqiqədən bir 15 dəqiqə fasilə edin. Aparılan araşdırmalara görə mavi işığın gözlərə təsiri 45 dəqiqədən sonra daha kəskin artır. Buna görə də mütəxəssislər təklif edir ki, hər 45 dəqiqədən bir 15 dəqiqə fasilə etmək göz yorğunluğunu ciddi şəkildə azaldacaq.

    4- Göz gimnastikası etməyi unutmayın. Əgər gözlərinizin yorulduğunu hiss edirsinizsə və fasilə etmək kifayət etmirsə, o zaman göz gimnastikası etmək göz yorğunluğuna daha effektli təsir edəcək. Bunun üçün öncə gözlərinizi bağlayın, sonra isə gözlərinizi bu halda sağa-sola doğru çevirin. Daha sonra isə gözlərinizi açaraq 4-5 dəfə sıxıb açın.

    5-Mavi işıq eynəklərindən istifadə edin. Göz yorğunluğunu azaltmaq üçün xüsusi hazırlanmış Mavi işıq eynəklərindən istifadə edə bilərsiniz. Bu eynəklər bir növ filter rolunu oynayır və mavi işığın zərərlərini azaldaraq gözlərinizə olan təsiri minimal səviyyəyə endirir.

    Daha çox faydalı və texnoloji məlumat üçün isə bizim Youtube kanalımza abunə olun və bildirişləri açın ki, texnoloji məlumat olanda ilk xəbərdar siz olasınız. Bizi Instagramdan izləyirsinizsə, videoları save edib, story bölmənizdə dostlarınızla paylaşın.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..


Apple şirkətinin həmtəsisçisi Steve Wozniak özünün kosmik şirkətini yaradıb (VİD..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak fərdi kosmik şirkətini yaratdığını elan ed..

×