
“Qualcomm” şirkəti, Quick Charge 4.0+ sürətli enerji yığma standartını təqdim etdi.
Quick Charge 4.0+ sürətli enerji yığma standartı, keçmiş
versiyadan fərqli olaraq 15% daha sürətli və 30% daha effektivdir. Şirkət qeyd
edib ki, 2750 mAh enerji tutumlu batareyaya sahib smartfon 5 dəqiqə ərzində
yığacağı enerjinin sayəsində 5 saat çalışa biləcək. Smartfonun enerji yığma
prosesi zamanı şarj cihazı 3 dərəcə aşağı səviyyədə qızır. Təqdim olunmuş yeni
standart həmçinin smartfonun korpus və enerji yığma girşinin temperaturuna da nəzarət
edir. Bu üsulla şarj cihazı, tez bir zamanda sıradan çıxmadan və yanmadan
qorunacaq. Bundan əlavə olaraq Quick Charge 4.0+ standartında istiliyin
ayrılması zamanı enerji itməsi 30% aşağı endirilib. Quick Charge 4.0+ standartına
sahib ilk smartfon isə ZTE Nubia Z17-dir. Şirkətin verdiyi məlumata əsasən bu
smartfon, 50% enerjini 25 dəqiqə ərzində yığır.
Şərh yoxdur