Smartfonlarda kvant dövrü: Samsung yüksək təhlükəsizliyə sahib Galaxy A Quantum-u təqdim etdi

Smartfonlarda kvant dövrü: Samsung yüksək təhlükəsizliyə sahib Galaxy A Quantum-u təqdim etdi

Texnologiya
14.05.2020 PAYLAŞIM

    Samsung şirkəti Cənubi Koreyanın SK Telekom adlı mobil operatoru ilə birlikdə dünyada ilk dəfə təsadüfi rəqəmlərin kvant generatoruna sahib smartfonunu təqdim etdi. Daha əvvəllər böyük hesablama stansiyalarında istifadə olunan bu texnologiyanın mobil cihazda tətbiq edilməsi öz növbəsində onun təhlükəsizliyini yüksək səviyyəyə çatdırıb. Təqdim edilmiş Galaxy A Quantum smartfonu Galaxy A71 modelinin təkmilləşdirilmiş versiyası hesab edilir. Smartfon 6.7 düym ekran, Exynos 980 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 64 MP-lik arxa kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.


    Adi Galaxy A71-dən Galaxy A Quantum smartfonunu fərqləndirən əsas özəllik ondan ibarətdir ki, o, İsveçrənin ID Quantique şirkəti tərəfindən yaradılmış QRNG çipinə sahibdir. Bu çipin isə əsas özəlliyi ondadır ki, o, kvant şifrələnməsi texnologiyası əsasında rəqəmlər generasiya edir. Beləliklə ənənəvi proqram təminatları ilə müqayisədə bu cür texnologiya vasitəsilə əldə olunan təhlükəsizlik açarları daha etibarlı və gözlənilməz olurlar. Smartfonun gövdəsində olan işıq diodu sensoru tərəfindən təyin olunan təsadüfi foton burda kvant hissəciyi rolunu oynayır.

    Tərtibatçıların sözlərinə əsasən məlumatların qorunması üçün nəzərdə tutulmuş bu yeni texnologiya mobil chazın təhlükəsizlik səviyyəsini daha da yüksəldir. Təsadüfi rəqəmlərin kvant generatoru təkcə mesajların mübadiləsində deyil, həmçinin Samsung Pay ödəniş servisində və istifadəçidən xüsusi hesabla daxil olmağı tələb edən bütün servislərdə istifadə olunacaq. Galaxy A Quantum smartfonu 22 may tarixində 530$ qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×