
Smartfonlardan aşırı dərəcədə istifadə nəyə gətirib çıxardır?
Elm & Texnologiya
15.04.2018
Emil
San Fransisko Universitetinin tədqiqatçıları öyrəniblər ki,
ildən-ilə daha da böyüyən elektron əşyalardan asılılıq halı insanları bədbəxt
edir. Alimlər belə bir nəticəyə gəliblər ki, smartfonlardan asılı olan
insanların beyinlərində mütəmadi olaraq nevroloji əlaqə yaranır və bu isə öz
növbəsində vərdişə gətirib çıxardır. Məsələn bu cür hal ağrıkəsici dərmanlardan
çoxlu istifadə edən insanlarda rast gəlinir. Tədqiqatçılar həmçinin aşkar ediblər
ki, elektron cihazlardan aşırı dərəcədə istifadə insanların sosioloji əlaqələrinə
təsir edir.
135 tələbə arasında aparılmış sorğu nəticəsində məlum olub ki,
smartfondan daha çox istifadə edən şəxslər özlərini daha yalnız hiss edirlər.
Alimlər güman edirlər ki, sosial şəbəkələrdə uzun zaman keçirən insanlara həmsöhbət
olduqları insanlardan adi ünsiyyət növü (həmsöhbət şəxsin jestləri, mimikaları
və intonasiyası) çatışmır. Tədqiqatın müəllifləri insanlara smartfonlardan və
kompüterlərdən daha az istifadə etməyi məsləhət görürlər. Onlar hətta bunun
üçün maraqlı bir üsul da təklif ediblər: Gələn dəfə dostlarınız ilə hansısa
kafedə görüşəndə hamı öz mobil cihazını stolun mərkəzinə qoysun. Kim birinci
mobil telefondan istifadə etmək üçün əlini telefona uzatsa həmin şəxs öz dostlarının hesablarını özü ödəyəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
