
Smartfonlarla görüş: İnsanlar hansı smartfon istifadəçiləri ilə görüşməyə üstünlük verirlər?
Elm & Texnologiya
19.07.2018
Emil
Decluttr şirkəti öz müştəriləri arasında maraqlı bir sorğu
aparıb. Həmin sorğu əsasında şirkət insanların hansı model smartfon işlədən şəxslərlə
görüşmək istədiklərini və görüş zamanı şəxsin nə qədər çox smartfonla əlaqədə
olduğunu öyrənmək istəyib. Məlum olub ki,10 insandan 7-i iPhone işlədən şəxslə
görüşməyə üstünlük verir. Bununla belə iPhone işlədən şəxslərin 65%-i Android
istifadəçilər ilə görüşməyə həvəslidir. Android istifadəçilərin isə 53%-i iOS
istifadəçilər ilə görüşməyə can atır. Sorğuda iştirak etmiş insanların 40%-nin
fikrincə potensial partnyorun işlətdiyi smartfon brendi və modeli həmin şəxs
barəsində ilkin baxışın yaranmasında mühüm rol oynayır.
Bundan əlavə olaraq
görüşən şəxslər məhz görüş zamanı öz təəssürratlarını SMS vasitəsilə bölüşməyi
sevirlər. Əsasən də əgər görüş onların istədikləri kimi baş tutmursa. O qədər də
ürəkaçan bir proses deyilmi? Buna baxmayaraq biz potensial partnyor barəsində
fikrin onun hansı smartfon modelindən istifadə etməsi əsasında yaranmasını heç
də məsləhət görmürük. Əgər həmin şəxs mütəmadi olaraq öz smartfonundan istifadə
edirsə və bununla yanaşı daimi olaraq mənasız selfi fotolar paylaşırsa, bu o
deməkdir ki, siz həmin şəxsə sadəcə olaraq maraqlı deyilsiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
