Logo
    main-post-cover

    Smartfonu sıradan çıxaran yeni təhlükəli virus aşkar edilib

    Elm & Texnologiya
    30.03.2018
    Emil
        Trend Micro şirkətinin tədqiqatçıları fasiləsiz mayninq prosesi sayəsində smartfonu sıradan çıxaran yeni zərərli proqram təminatı aşkar ediblər. HiddenMiner adlı yeni virus kənar online mağazalar tərəfindən yayılan tətbiqlərin daxilində aşkar edilib. Sözügedən zərərli proqram təminatı, istifadəçiləri smartfonun administratorunun hesabını verməyə məcbur edərək onları aldadır. Bu baş verəndən sonra tətbiq öz ikonunu smartfon menyusunda gizlədir və Monero maynerini işə salır. Həmin mayner fasiləsiz şəkildə fon rejimində çalışır.
        Bundan əlavə olaraq virus, istifadəçinin tətbiq xüsusiyyətlərini dəyişdirmək istədiyi zaman smartfonu avtomatik olaraq bloklayır. Mütəxəssislər qeyd ediblər ki, HiddenMiner-in kodunda heç bir idarəedici və optimizator yoxdur. Bu isə o deməkdir ki, smartfonun resursları bitmədən mayninq prosesini dayandırmaq qeyri-mümkündür. Başqa sözlə desək smartfon bu halda Monero adlı kriptovalyutanı sıradan çıxan müddətə kimi yığmağa davam edəcək. Smartfon isə gec-tez qızaraq sıradan çıxacaq. Mütəxəssislərin sözlərinə görə virusu məhv etməyin yeganə üsulu smartfonu təhlükəsiz rejimdə yenidən yükləmək və zərərli tətbiqlə birlikdə administrator hesabını silməkdir.
    Paylaş
    Bənzər xəbərlər