
Smartfonun partlaması bir şirkət direktorunun ölümünə səbəb oldu
Elm & Texnologiya
26.06.2018
Emil
Son 2 il ərzində partlayan
smartfonlar barəsində xəbərlər bir xeyli yayıldı. Növbəti belə bir hadisə
Malayziyada baş verdi. Lakin bu dəfəki partlayış hadisəsində bir şəxs öz həyatını
itrdi. Bu barədə Gizchina saytı xəbər verib. Sözügedən bədbəxt hadisə gecə
vaxtı Cradle Fund adlı yerli vençur fondunun direktoru Nazrin Hassan-ın evində baş
verib. Onun yatdığı yatağın yanındakı masada iki smartfon enerji yığma
prosesində olub.

Müəyyən vaxtdan sonra smartfonlardan biri partlayıb və nəticədə
otaqda yanğın baş verib. Hadisədən sonra xilasedicilər yanmış otaqda Nazrin
Hassan-ın yanmış meyidini aşkar ediblər. Dəhşətli yanğının baş verməməsindən
öncə Nazrin Hassan zəhərli tüstü nəticəsində artıq dünyasını dəyişmişdi. Onun
qohumlarının sözlərinə görə Nazrin iki ədəd smartfon işlədirdi. Onlardan biri
BlackBerry digəri isə Huawei modeli idi. Lakin sözügedən smartfon modellərindən
hansının partlaması məlum deyil.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
