Logo
    main-post-cover

    Snapdragon 6 Gen 4 prosessorunun texniki imkanları ortaya çıxıb

    Elm & Texnologiya
    12.02.2025
    Emil
         Qualcomm şirkəti yaxın zamanda Snapdragon 6 Gen 4 prosessorunu təqdim etməlidir. İndi isə internetdə bu yeni prosessorun texniki imkanları barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Snapdragon 6 Gen 4 prosessoru 8 nüvəli olacaq və nüvələr onun tərkibində “1 + 3 + 4” sxemi üzrə yerləşəcəklər.
         Yəni prosessor özündə 2.3 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A720 nüvəsini, 2.2 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A720 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsini birləşdirəcək. Gözləntilərə əsasən Snapdragon 6 Gen 3 ilə müqayisədə Snapdragon 6 Gen 4-də CPU performansı 11%, GPU performansı isə 29% yüksələcək.
         Məlumata əsasən Snapdragon 6 Gen 4 prosessoru 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları, 64 MP-ə kimi kameraları, Wi-Fi 6E-ni, Bluetooth 5.4-ü və 5G-ni dəstəkləyəcək. Gözləntilərə əsasən bu yeni prosessora sahib ilk smartfonlarını OPPO brendi və Honor şirkəti təqdim edəcəklər.
    Mənbə: GSMarena
    Paylaş