
Snapdragon 7+ Gen 3 prosessorunun texniki özəllikləri barəsində məlumat verilib
Elm & Texnologiya
28.02.2024
Emil
Qualcomm şirkəti Snapdragon 7+ Gen 3 adlı yeni orta səviyyəli prosessorunu təqdim etməyə hazırlaşır. Digital Chat Station ləqəbli məşhur insayder isə sözügedən prosessor barəsində bəzi məlumatları təqdim edib. İnsayder bildirib ki, bu yeni orta səviyyəli prosessorun arxitekturası Snapdragon 8 Gen 3 flaqman prosessorunun arxitekturası ilə eyni olacaq. Snapdragon 7+ Gen 3-də nüvələr “1+4+3” sxemi üzrə yerləşəcəklər. Yəni prosessor özündə 2.9 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsini, 2.6 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A720 nüvəsini və 1.9 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A520 nüvəsini birləşdirəcək. Prosessorda qrafik imkanlardan isə Adreno 732 qrafik çipi cavabdeh olacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
