main-post-cover

    Snapdragon 7+ Gen 1 prosessoru Geekbench testlərindən keçib

    Elm & Texnologiya
    10.03.2023
    Farid Pardashunas
        Qualcomm artıq növbəti təqdimat tədbirinin tarixini rəsmi şəkildə elan edib. Şirkətin növbəti təqdimat tədbiri 17 mart tarixində baş tutacaq. Gözləntilərə əsasən Qualcomm 17 mart tarixində Snapdragon 7 seriyasnın növbəti prosessorunu təqdim edəcək. Söhbət, Snapdragon 7+ Gen 1-dən gedir. Digital Chat Station ləqəbli məşhur insayder hələ bir neçə müddət bundan öncə bildirmişdi ki, Snapdragon 7+ Gen 1 prosessoru Snapdragon 8+ Gen 1 prosessorunun bir qədər sadələşdirilmiş versiyasıdır. İndi isə insayder təqdimata hazırlaşan Snapdragon 7+ Gen 1 prosessorunun Geekbench test nəticələrini təqdim edib. Beləliklə yeni prosessor Geekbench-in bir nüvəli testində 1232 xal, çox nüvəli testində isə 4095 xal toplayıb. Məlumatda qeyd edilib ki, Snapdragon 7+ Gen 1 bu cür göstəricilər ilə hətta MediaTek Dimensity 8200 prosessorunu geridə qoyur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər