Logo
    main-post-cover

    Snapdragon 8 Elite Gen 5 flaqman prosessoru təqdim edilib

         Qualcomm şirkəti yeni flaqman mobil prosessoru olan Snapdragon 8 Elite Gen 5-i təqdim edib. TSMC şirkətinin N3P adlı yenilənmiş 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış bu yeni prosessor 8 nüvəlidir. Prosessorun tərkibində nüvələr “2 + 6” sxemi üzrə yerləşiblər. Yəni prosessor özündə 2 ədəd 4.6 GHz tezlikdə çalışan nüvəni və 6 ədəd 3.62 GHz tezlikdə çalışan nüvəni birləşdirir. Prosessorun qrafik imkanlarından Adreno 840 adlı yeni nəsil qrafik çipi cavabdehdir. Ümumilikdə Snapdragon 8 Elite Gen 5-in CPU performansı 20%, GPU performansı 23% və enerji effektivliyi 35% artıb, enerji sərfiyyatı isə 16% aşağı düşüb. Süni intellekt əməliyyatlarının emalından yeni nəsil Hexagon NPU neyron çipi cavabdehdir.
         Onun performansı 37% artıb, enerji sərfiyyatı isə 16% azalıb. Bu neyron çip böyük dil modellərini bilavasitə lokal şəkildə cihazda işə salmağa imkan verir və bu halda cihaz batareyasındakı enerjinin sürətli sərfiyyatından narahat olmağa ehtiyac qalmır. Snapdragon 8 Elite Gen 5-in əsas fərqləndirici özəlliklərindən biri də Advanced Professional Video (APV) kodekinin dəstəklənməsidir. Bu isə o deməkdir ki, Snapdragon 8 Elite Gen 5 prosessorlu smartfonlar Apple-ın ProRes formatını dəstəkləyən iPhone-ları ilə eyni səviyyədə rəqabət apara biləcəklər. Bundan əlavə olaraq Snapdragon 8 Elite Gen 5 prosessoru 320 MP-ə qədər olan kameraları və 8K-ya qədər çəkilişi dəstəkləyir.
    Paylaş