
Snapdragon 8 Elite prosessorunun davamçısı gözləniləndən daha tez təqdim oluna bilər
Elm & Texnologiya
29.12.2024
Emil
Qualcomm şirkəti Snapdragon 8 Elite flaqman prosessorunu oktyabr ayında təqdim etmişdi. İndi isə məlumat verilib ki, şirkət artıq onun davamçısı üzərində aktiv şəkildə çalışmağa başlayıb. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Snapdragon 8 Elite prosessorunun davamçısı üzərində işlər yüksək templə gedir və bu səbəbdən o, gözləniləndən daha tez işıq üzü görə bilər.
İnsayderin fikrincə prosessorun təqdimatı hətta gələn ilin ortasında da baş tuta bilər. Gözləntilərə əsasən Qualcomm-un növbəti flaqman prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq və onun qrafik çipinin performansı Snapdragon 8 Elite prosessorunun qrafik çipinin performansından daha yüksək olacaq. Bundan əlavə olaraq güman ki, olunur ki, Qualcomm növbəti flaqman prosessorunun qiymətini qaldıracaq. Bu isə öz növbəsində smartfonların qiymətlərinə təsir göstərə bilər.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
