
Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru Apple A18 Pro-dan 5 dəfə daha baha olacaq
Elm & Texnologiya
10.10.2024
Emil
Yaxın zamanda təqdim ediləcək əksər flaqman smartfonlarda istifadə ediləcək Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru keçən ilki Snapdragon 8 Gen 3-dən və iPhone 16 Pro smartfonlarında istifadə edilən A18 Pro-dan daha baha olacaq. Son məlumata əsasən Qualcomm-un yeni prosessorunun qiyməti 190-240$ təşkil edəcək. Yəni yeni prosessor Snapdragon 8 Gen 3-dən 20%, Apple A18 Pro-dan isə 4-5 dəfə daha baha olacaq. Prosessorun qiymətinin yüksəlməsində əsas səbəb isə TSMC şirkətinin 3 nanometrlik texnoloji proses çərçivəsində istifadə etdiyi silisium plastinlərin qiymətlərinin artmasındadır.
Qeyd etmək lazımdır ki, dünən təqdim edilmiş MediaTek Dimensity 9400 prosessoru da TSMC-nın eyni texnologiyası əsasında istehsal edilir və onun qiyməti 155$ təşkil edir. Bununla yanaşı Qualcomm şirkəti Snapdragon 8 Elite tərkibində Oryon adlı fərdi nüvələrdən istifadə edib. Bu da prosessorun qiymət artımına səbəb olan faktorlardan biridir. Müqayisə üçün qeyd etmək lazımdır ki, A18 Pro prosessoru Apple şirkətinə 45$-a başa gəlir. Qiymətlər arasındakı bu cür fərqin məğzi ondadır ki, Qualcomm şirkəti öz məhsulunu kənar istehsalçılara satdığı halda, Apple şirkəti öz prosessorunu yalnız fərdi məhsullarında istifadə edir.
Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
