main-post-cover

    Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) və MediaTek Dimensity 9400 prosessorlarının qiymətlərində artım olacaq

    Elm & Texnologiya
    01.10.2024
    Emil Nəcəfov
         Qualcomm MediaTek şirkətləri yaxın zamanda öz yeni flaqman prosessorlarını təqdim edəcəklər. Söhbət, Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) və MediaTek Dimensity 9400 prosessorlarından gedir. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən adları sadalanmış bu prosessorların qiymətlərində artım olacaq. Bu isə öz növbəsində bu prosessorlara sahib flaqman smartfonların qiymətlərində də artıma səbəb olacaq.
         Son məlumat sızıntılarına əsasən keçən ilki Snapdragon 8 Gen 3 Dimensity 9300 prosessorları ilə müqayisədə Snapdragon 8 Elite və Dimensity 9400 prosessorlarının qiymətlərində 20%-lik artım müşahidə ediləcək. Gözləntilərə əsasən Snapdragon 8 Elite prosessorunun qiyməti 190$, Dimensity 9400 prosessorunun qiyməti isə 155$ təşkil edəcək. Sözügedən prosessorların qiymətlərindəki artım onların daha yüksək performans göstəricilərinə və yaxşılaşdırılmış texniki imkanlara sahib olmaları ilə əlaqədardır. Prosessorların qiymətlərində artım isə öz növbəsində yekun cihazların qiymətlərində də artıma səbəb ola bilər. Bu isə potensial alıcılara təsir göstərəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qualcomm artıq Snapdragon 8s Gen 4 prosessoru üzərində çalışır
    qualcomm-artiq-snapdragon-8s-gen-4-prosessoru-uzerinde-calisir
    MediaTek Dimensity 9400 prosessoru Apple A18 Pro-nu GPU testində geridə qoyub
    mediatek-dimensity-9400-prosessoru-apple-a18-pro-nu-gpu-testinde-geride-qoyub
    Qualcomm şirkəti həqiqətən də Intel-i almağı planlaşdırır
    qualcomm-sirketi-heqiqeten-de-intel-i-almagi-planlasdirir
    MediaTek Dimensity 9400 flaqman prosessorunun təqdimat tarixi açıqlanıb
    mediatek-dimensity-9400-flaqman-prosessorunun-teqdimat-tarixi-aciqlanib
    Qualcomm, Intel-in prosessor biznesinin bir hissəsini almağı planlaşdırır
    qualcomm-intel-in-prosessor-biznesinin-bir-hissesini-almagi-planlasdirir