main-post-cover

    Snapdragon 8 Gen 3 flaqman prosessoru barəsində yeni məlumatlar verilib

    Elm & Texnologiya
    06.03.2023
    Emil Nəcəfov
        İnsayderlər Qualcomm-un bu il təqdim edəcəyi yeni Snapdragon 8 Gen 3 flaqman prosessoru barəsində məlumatlar veriblər. Verilmiş məlumata əsasən Snapdragon 8 Gen 3 prosessoru 3.7 GHz tezlikdə çalışan Arm Cortex-X4 super nüvəsini əldə edəcək. Qeyd etmək lazımdır ki, hal hazırda aktul olan Snapdragon 8 Gen 2 prosessorundakı Arm Cortex-X3 nüvəsinin maksimal çalışma tezliyi 3.2 GHz təşkil edir. Beləliklə Snapdragon 8 Gen 3 prosessorunda reallaşdırılacaq Cortex-X4 nüvəsinin çalışma tezliyinin 500 MHz yüksəlməsi və prosessorun arxitekturasında olan təkmilləşdirmələr ümumilikdə Snapdragon 8 Gen 3-ün performans göstəricilərinin diqqət çəkəcək dərəcədə artmasına səbəb ola bilərlər.
        Lakin gələn il təqdim ediləcək Samsung Galaxy S24 smartfon seriyasında Snapdragon 8 Gen 3-ün istifadə ediləcək xüsusi versiyasının performans göstəriciləri gözlənildiyindən daha yüksək ola bilərlər. Keçən ayın əvvəlində təqdim edilmiş Galaxy S23 smartfon seriyasında Snapdragon 8 Gen 2-nin Snapdragon for Galaxy adlı versiyasından istifadə edilir. Onun Cortex-X3 nüvəsinin çalışma tezliyi prosessorun adi versiyasının nüvəsinin çalışma tezliyindən daha yüksəkdir. Əgər Qualcomm ilə Samsung arasındakı bu əməkdaşlıq davam etsə, gələn ilki Galaxy S24 smartfonlarında Snapdragon 8 gen 3-ün istifadə ediləcək növbəti Snapdragon for Galaxy versiyasının nüvəsinin çalışma tezliyi ümumilikdə 4.0 GHz-ə yüksələ bilər. İnsayderlər düşünürlər ki, bu cür prosessor hətta Apple şirkətinin bu ilki A17 Bionic prosessorunu da geridə qoya bilər.
    Linki kopyala