
Snapdragon 8 Gen 3 geniş süni zəka imkanlarına sahib olacaq
Elm & Texnologiya
24.10.2023
Emil
Qualcomm-un yaxın günlərdə təqdim edəcəyi Snapdragon 8 Gen 3 prosessoru süni zəka ilə geniş çalışma imkanlarına sahib olacaq. Prosessor barəsində sızdırılmış marketinq materialları sayəsində məlum olub ki, Snapdragon 8 Gen 3 videolardakı müxtəlif obyektləri silə, fotolardakı sahələri genişləndirə və süni zəka modelləri vasitəsilə fotolar üçün saxta fonlar yarada biləcək.

Bundan əlavə olaraq Snapdragon 8 Gen 3 vasitəsilə çalışacaq smartfonlarda Stable Duffusion və Meta şirkətinin Llama kimi süni zəka modellərini işə salmaq mümkün olacaq. Bu, prosessorda olacaq yenilənmiş Hexagon neyron çipi vasitəsilə mümkün olacaq. Məlumata əsasən Snapdragon 8 Gen 2-nin tərkibində olan Hexagon-dan fərqli olaraq yeni prosessorun tərkibində olacaq yenilənmiş Hexagon 98% daha sürətlə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
