Snapdragon 8 Gen 3 müxtəlif bençmarklarda testlərdən keçib
Elm & Texnologiya
26.10.2023
Emil Nəcəfov
Qualcomm şirkətinin dünən təqdim etmiş olduğu Snapdragon 8 Gen 3 prosessorunun müxtəlif bençmarklardakı testlərinin nəticələri internetdə ortaya çıxıblar. Aparılmış testlərin nəticələrinə əsasən yeni prosessor hələ təqdim edilməmiş MediaTek Dimensity 9300-ün qeyri-rəsmi test nəticələrini və Samsung Galaxy S23 smartfonlarında istifadə edilən Snapdragon 8 Gen 2 for Galaxy versiyasının test nəticələrini geridə qoyub. iPhone 15 Pro modellərində istifadə edilən A17 Pro prosessoru ilə müqayisəyə gəldikdə isə bu mövzuda Snapdragon 8 Gen 3-ün sərgilədiyi nəticələr qarışıq olublar.
Məlumatda qeyd edilib ki, Snapdragon 8 Gen 3 prosessoru 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 6.65 düym ekran, LPDDR5X standartlı 24 GB RAM və UFS 4.0 standartlı 512 GB daxili yaddaş həcmi ilə təchiz olunmuş smartfonun tərkibində test edilib. Beləliklə Qualcomm-un yeni flaqman prosessoru AnTuTu bençmarkında ümumilikdə 2 134 955 xal toplayıb. Bu isə MediaTek Dimensity 9300-ün AnTuTu-dakı qeyri-rəsmi test nəticəsindən 3.8%, Snapdragon 8 Gen 2-in test nəticəsindən isə 32% daha yüksəkdir.
Geekbench 6 bençmarkının bir nüvəli testi çərçivəsində smartfon 2325 xal toplayaraq üçüncü yerdə qərarlaşıb. Birinci yeri iPhone 15 Pro Max, ikinci yeri isə iPhone 15 Plus tutur. Qeyd etmək lazımdır ki, iPhone 15 Plus modeli keçən ilki A16 Bionic prosessoru vasitəsilə çalışır. Lakin bençmarkın çox nüvəli testi çərçivəsində Snapdragon 8 Gen 3 prosessoru 7488 xal toplayaraq birinci yerdə qərarlaşıb. Beləliklə Geekbench 6-nın çox nüvəli testi çərçivəsində yeni prosessor hətta A17 Pro-nu da geridə qoya bilib. Prosessorun növbəti testlərinin nəticələri isə aşağıdakı kimidir.
- GFXBench Aztec Ruins Vulkan (Higher Tier) Offscreen 5.0 (1440p): 93-96 fps
- GFXBench Aztec Ruins Vulkan (Normal Tier) Offscreen 5.0 (1080p): 238-241 fps
- GFXBench Aztec Ruins OpenGL (High Tier) Offscreen 5.0 (1440p): 82-83 fps
- Speedometer 2.1 (Chrome 117): 307-311 xal
- 3Dmark WildLife Extreme: 5297-5338 xal
- JetStream 117: 238,390-241.435 xal
- AITuTu 3.0: 1 427 613-1 457 097 xal
- 3Dmark WildLife: 19 053-19 114 xal
- 3Dmark Solar Bay: 8397-8547 xal
- AIMark 3.0: 238 479-240 147 xal
- PC Mark 3.0: 21 125-21 628 xal.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Gələn ilki mobil Snapdragon prosessoru desktop nüvələrini əldə edəcək
Gələn ilki mobil Snapdragon prosessoru desktop nüvələrini əldə edəcək
Bugün Qualcomm şirkəti Snapdragon 8 Gen 3 ilə yanaşı həmçinin Snapdragon X Elite adlı yeni desktop prosessorunu da təqdim etdi.
Redmi K70 smartfon seriyasının Snapdragon 8 Gen 3-ü əldə edəcəyi təsdiqlənib
Redmi K70 smartfon seriyasının Snapdragon 8 Gen 3-ü əldə edəcəyi təsdiqlənib
Snapdragon 8 Gen 3-ün təqdimatından sonra müxtəlif Android smartfon istehsalçıları sözügedən yeni prosessoru əldə edəcək smartfonlarını anons ediblər.
Xiaomi 14-dən sonra Snapdragon 8 Gen 3-ü hansı smartfonlar əldə edəcəklər?
Xiaomi 14-dən sonra Snapdragon 8 Gen 3-ü hansı smartfonlar əldə edəcəklər?
Qualcomm artıq öz yeni flaqman prosessoru Snapdragon 8 Gen 3-ü təqdim edib və onu ilk əldə edəcək smartfonlar Xiaomi 14 və Xiaomi 14 Pro olacaqlar.
Qualcomm Snapdragon X Elite adlı yeni desktop prosessorunu təqdim edib
Qualcomm Snapdragon X Elite adlı yeni desktop prosessorunu təqdim edib
Qualcomm şirkəti Snapdragon 8 Gen 3 ilə yanaşı Windows kompüterlər üçün nəzərdə tutulmuş Snapdragon X Elite adlı yeni desktop prosessorunu da təqdim edib.
Qualcomm Snapdragon 8 Gen 3 flaqman prosessoru təqdim edilib
Qualcomm Snapdragon 8 Gen 3 flaqman prosessoru təqdim edilib
Qualcomm şirkəti aylar ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Snapdragon 8 Gen 3 adlı yeni flaqman prosessorunu təqdim edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!