main-post-cover

    Snapdragon 8 Gen 3 prosessoru barəsində yeni məlumatlar verilib

    Elm & Texnologiya
    10.03.2023
    Farid Pardashunas
        Qualcomm keçən ilin noyabr ayında Snapdragon 8 Gen 2 flaqman prosessorunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı olacaq Snapdragon 8 Gen 3 üzərində çalışır. Hazırlanan yeni flaqman prosessor barəsində məlumatlar Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxıb. Ortaya çıxmış məlumatlara əsasən Snapdragon 8 Gen 3 prosessoru 1+4+3 əvəzinə 1+5+2 nüvə arxitekturasını əldə edəcək.
        Bu isə o deməkdir ki, prosessor 3.2 GHz tezlikde çalışan 1 ədəd Cortex-X4 nüvəsini, 3.0 GHz tezlikdə çalışan 5 ədəd Cortex-A720 nüvəsini və 2.0 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A520 nüvəsini əldə edəcək. Bundan əlavə olaraq Snapdragon 8 Gen 3 UFS 4.1 standartlı daxili yaddaş həcmlərini dəstəkləməli və özündə Qualcomm X75 5G modemi ilə Adreno 750 qrafik çipini birləşdirməlidir. Snapdragon 8 Gen 2 kimi Snapdragon 8 Gen 3 də TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Qualcomm-un öz yeni flaqman prosessorunu bu iin sonunda təqdim edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər