
Snapdragon 8 Gen 3 və Dimensity 9400 prosessorları neçə nanometrlik olacaqlar?
Elm & Texnologiya
27.11.2023
Emil
Qualcomm və MediaTek şirkətləri artıq gələn il öz növbəti flaqman prosessorlarını təqdim edəcəklər. Söhbət, Snapdragon 8 Gen 4 və Dimensity 9400-dən gedir. Tayvanın kütləvi informasiya vasitələrinin vermiş olduqları yeni məlumata əsasən sözügedən şirkətlər növbəti flaqman prosessorlarını TSMC şirkətinin N3E adlı 3 nanometrlik texnoloji prosesi əsasında istehsal edəcəklər. Bu o deməkdir ki, Qualcomm şirkəti ənənəyə sadiq qalaraq Samsung-un texnoloji prosesindən istifadə etməyəcək. Qeyd etmək lazımdır ki, Qualcomm prosessor istehsalı mövzusunda sonuncu dəfə Samsung ilə Snapdragon 888 və Snapdragon 8 Gen 1 prosessorları zamanında əməkdaşlıq etmişdi. Nəticədə gələn il Samsung çox güman ki, yalnız Google şirkətinin sifarişini yerinə yetirəcək. Söhbət, Google Pixel 9 smartfonlarında istifadə ediləcək yeni Tensor G prosessorundan gedir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
