
Snapdragon 8 Gen 4 desktop tezlikli nüvələri əldə edəcək
Elm & Texnologiya
29.01.2024
Emil
Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin bu il təqdim edəcəyi Snapdragon 8 Gen 4 flaqman prosessoru barəsində yeni məlumatlar verib. İnsayderin sözlərinə əsasən Snapdragon 8 Gen 4-ün maksimal çalışma tezliyi 4 GHz təşkil edəcək. Bu isə Snapdragon 8 Gen 3-ün çalışma tezliyindən 700 MHz daha çoxdur. İnsayder həmçinin qeyd edib ki, prosessor daxilində nüvələr “2 + 6” sxemi üzrə yerləşəcəklər. Bu isə o deməkdir ki, prosessor 2 ədəd yüksək performanslı nüvəyə və 6 ədəd performanslı nüvəyə sahib olacaq. Snapdragon 8 Gen 4-ün payız fəslində təqdim olunacağı gözlənilir. Onu ilk əldə edəcək smartfonlar isə Xiaomi 15 smartfonları ola bilərlər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
