Logo
    main-post-cover

    Snapdragon 8 Gen 4 flaqman prosessorunun hazırlanma mərhələsi gələn ay yekunlaşacaq

    Elm & Texnologiya
    01.03.2024
    Emil
         Dünən Qualcomm şirkətinin icraçı direktoru rəsmi şəkildə təsdiqlədi ki, Snapdragon Summit 2024 tədbiri bu ilin oktyabr ayında baş tutacaq. Qeyd etmək lazımdır ki, şirkətin növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 4 məhz sözügedən tədbir çərçivəsində təqdim ediləcək. Bu yeni flaqman prosessor hal-hazırda hazırlanma prosesindədir. İnsayderlərin vermiş olduqları məlumata əsasən Snapdragon 8 Gen 4-ün hazırlanma mərhələsi aprel ayında yekunlaşacaq və iyun ayında prosessorun nümunələri smartfon istehsalçılarına göndəriləcək. Prosessorun kütləvi istehsalına isə sentyabr ayında start veriləcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 4 prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanır.
    Paylaş