
Snapdragon 8 Gen 4 Geekbench 6 və AnTuTu testlərindən keçib
Elm & Texnologiya
29.01.2024
Emil
Qualcomm şirkətinin bu il təqdim edəcəyi Snapdragon 8 Gen 4 prosessoru ən güclü mobil prosessorlardan biri olmalıdır. Məlum olub ki, hazırlanan bu prosessor Geekbench 6 və AnTuTu testlərindən keçib. Geekbench 6 testlərində prosessorun göstəriciləri MacBook Pro-da istifadə edilən Apple M3 prosessorunun göstəricilərinə yaxın olub. Məlumata əsasən Snapdragon 8 Gen 4 prosessoru Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 2845 xal, çox nüvəli testi çərçivəsində isə 10 628 xal toplayıb. Apple M3 prosessoru isə Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 2985 xal, çox nüvəli testi çərçivəsində isə 10 762 xal toplayır. Snapdragon 8 Gen 4-ün AnTuTu bençmarkındakı nəticəsinə gəldikdə isə prosessor bu bençmarkda ümumilikdə 3 133 570 xal toplayıb.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
