
Snapdragon 8 Gen 4 prosessoru DLSS texnologiyasının analoqunu əldə edə bilər
Elm & Texnologiya
01.07.2024
Emil
Qualcomm şirkəti oktyabr ayında Snapdragon 8 Gen 4 flaqman prosessorunu təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən yeni flaqman prosessor barəsində növbəti təfərrüatları bölüşüb. Beləliklə onun sözlərinə əsasən Snapdragon 8 Gen 4-də DLSS və FSR texnologiyalarının analoqunun dəstəyi reallaşdırıla bilər. Qeyd etmək lazımdır ki, adları sadalanmış bu texnologiyalar süni zəka əsaslı inqilabi render texnologiyalarıdır. Onlar oyunlardakı təsvirin keyfiyyətini və təsvir yenilənməsini eyni anda yaxşılaşdırırlar.
İnsayderin sözlərinə əsasən DLSS analoqu sayəsində Snapdragon 8 Gen 4 prosessoru Genshin Impact oyununda Full HD+ keyfiyyət çərçivəsində saniyədə 120 kadr tezliyi təmin edəcək. Bununla yanaşı insayder bildirib ki, DLSS analoqunun dəstəyi təkcə Snapdragon 8 Gen 4-də deyil, Qualcomm-un hal-hazırda aktual olan digər prosessorlarında da reallaşdırılacaq. Söhbət, Snapdragon 8 Gen 3 və Snapdragon 8s Gen 3 prosessorlarından gedir. Gözləntilərə əsasən Snapdragon 8 Gen 4-də qrafik imkanlardan Adreno 830 qrafik çipi cavabdeh olacaq. Məhz onun DLSS analoqunun dəstəyini təmin edəcəyi güman edilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
