
Snapdragon 8 Gen 4 prosessoru düşünüldüyündən daha tez təqdim oluna bilər
Elm & Texnologiya
25.01.2024
Emil
Qualcomm şirkəti bu il təqdim edəcəyi Snapdragon 8 Gen 4 prosessoru üzərində aktiv şəkildə çalışır. Bir neçə müddət bundan öncə sözügedəın prosessorun test versiyasının mobil oyun testlərindən keçdiyi məlum oldu. İndi isə internetdə Snapdragon 8 Gen 4-ə sahib smartfon prototipinin fotoları ortaya çıxıb. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində bildirib ki, Snapdragon 8 Gen 4-ün şirkət daxilində testləri o dərəcədə yaxşı gedir ki, bu prosessor əsasında çalışacaq smartfonların kütləvi istehsalına artıq sentyabr ayında start verilə bilər. Bu isə Snapdragon 8 Gen 4-ün daha tez təqdim oluna biləcəyinə işarə edir. Qeyd etmək lazımdır ki, Snapdraogn 8 Gen 3 keçən ilin oktyabr ayının sonunda təqdim edilmişdi.


Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Snapdragon 8 Gen 4-ün mühəndislik nümunəsi artıq mobil oyun testlərindən keçib
X (keçmiş Twitter) istifadəçilərindən biri hələ təqdim olunmamış Snapdragon 8 Gen 4 prosessorunun mühəndislik nümunəsinin qeyri-rəsmi test nəticələrini açıqlayıb.

Təhlükəsizlik
Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar edilib
Trail of Bits şirkətinin mütəxəssisləri Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar ediblər.

Elm & Texnologiya
Snapdragon X Elite desktop prosessoru Intel və Apple M2 prosessorları ilə müqayisə edilib
Qualcomm şirkəti keçən il Snapdragon 8 Gen 3 ilə yanaşı Windows kompüterlər üçün nəzərdə tutulmuş Snapdragon X Elite adlı desktop prosessorunu da təqdim etmişdi.

Elm & Texnologiya
Exynos 2400 və Snapdragon 8 Gen 3 for Galaxy prosessorları AnTuTu testlərində müqayisə edilib
Galaxy S24 smartfon seriyasında Samsung şirkəti müxtəlif prosessorlardan istifadə praktikasına geri qayıtdı.

Elm & Texnologiya
Qualcomm-un növbəti Snapdragon 7 Plus prosessoru olduqca performanslı olacaq
Qualcomm şirkəti hal-hazırda Snapdragon 7 seriyasının yeni prosessoru üzərində çalışır və onun sözügedən seriyanın ən performanslı prosessoru olmağına dair bütün şansları var.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
