Logo
    main-post-cover

    Snapdragon 8 Gen 4 prosessoru Geekbench testlərindən keçib

    Elm & Texnologiya
    06.08.2024
    Emil
         Artıq məlumdur ki, Qualcomm-un növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 4 oktyabr ayında təqdim ediləcək. İndi isə məlum olub ki, bu yeni flaqman prosessor Geekbench testlərindən keçib və unikal test nəticələri sərgiləyib. Geekbench testlərindən prosessorun final versiyası keçməsə də təcrübi versiyasının nəticələri olduqca diqqət çəkirlər. Beləliklə Snapdragon 8 Gen 4 prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 2884 xal, çox nüvəli testi çərçivəsində isə 8840 xal toplayıb.
         Beləliklə bu yeni prosessor bir nüvəli test çərçivəsində Apple A17 Pro prosessorunun göstəricisinə yaxınlaşa bilib. Belə ki, A17 Pro prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 2915 xal toplayır. Lakin çox nüvəli test çərçivəsində Snapdragon 8 Gen 4 keçən ilki A17 Pro-nu geridə qoya bilib. Məsələ burasındadır ki, Snapdragon 8 Gen 4 prosessoru Geekbench-in çox nüvəli testi çərçivəsində 8840 xal toplayıb. A17 Pro prosessoru isə Geekbench-in çox nüvəli testi çərçivəsində 7300 xal toplayır. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 4 prosessoru 8 nüvəlidir və o, 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb.
    Paylaş