Snapdragon 8 Gen 4 prosessoru iki versiyada istehsal ediləcək
Elm & Texnologiya
20.08.2024
Qualcomm-un Snapdragon 8 Gen 4 prosessorunu təqdim edəcəyi vaxt yavaş-yavaş yaxınlaşır. Bu yeni flaqman prosessor oktyabr ayının sonunda təqdim ediləcək. Ortaya çıxmış yeni məlumata əsasən Snapdragon 8 Gen 4 prosessorunda əsas diqqət daha çox yüksək performansa deyil, effektivliyə və süni zəkaya ayrılacaq. Məlumatda qeyd edilib ki, bu yeni prosessor 2 versiyada istehsal ediləcək.
SM8750 model nömrəsinə sahib versiya bir çox Android smartfon istehsalçıları üçün, SM8750P model nömrəsinə sahib versiya isə Samsung-un Galaxy smartfonları üçün nəzərdə tutulacaq. İkinci versiya çox güman ki, ənənə üzrə Snapdragon 8 Gen 4 for Galaxy adlanacaq. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 4 prosessorunun əsasında Qualcomm-un Oryon adlı fərdi nüvələri dayanacaqlar. Prosessor TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Prosessorda qrafik imkanlardan Adreno 830 qrafik çipinin cavabdeh olacağı gözlənilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar