
Snapdragon 8 Gen 4 prosessoru olduqca yüksək enerji effektivliyinə sahib olacaq
Elm & Texnologiya
23.07.2024
Emil
Snapdragon 8 Gen 4 flaqman prosessorunun təqdimatına hələ bir neçə ay qalmasına baxmayaraq internetdə onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Ortaya çıxmış yeni məlumata əsasən sözügedən yeni prosessorun qrafik sistemi olduqca yüksək enerji effektivliyinə sahib olacaq. Gözləntilərə əsasən Snapdragon 8 Gen 4 prosessoru TSMC şirkətinin ikinci nəsil 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq.
Bu isə Snapdragon 8 Gen 4 prosessorunun, TSMC-nın 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış Snapdragon 8 Gen 3-dən daha yaxşı enerji effektivliyinə sahib olacağı deməkdir. Məlumata əsasən 8 vatt gücündə enerji sərfiyyatı zamanı Snapdragon 8 Gen 4 prosessoru Geekbench-in çox nüvəli testi çərçivəsində 7300 xal toplayır. Snapdragon 8 Gen 3 prosessoru isə Geekbench-də bu xalı 17 vatt gücündə enerji sərfiyyatı zamanı yığa bilir. Maraqlısı ondadır ki, Qualcomm-un yeni flaqman prosessoru MediaTek-in Dimensity 9300 adlı flaqman prosessorunun sahib olduğu qrafik performansı sərgiləyə bilir. Bununla belə Dimensity 9300-dən fərqli olaraq Snapdragon 8 Gen 4 bu halda daha az enerji sərf edir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
