Logo
    main-post-cover

    Snapdragon 8 Gen 4 prosessoru smartfonların daha böyük həcmli batareyalar əldə etmələrinə səbəb ola bilər

         Qualcomm şirkəti növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 4 üzərində aktiv çalışmağa davam edir. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən sözügedən prosessor şirkət daxilində növbəti test mərhələsinə keçid edib. İnsayder bildirib ki, Snapdragon 8 Gen 4 sayəsində smartfonlar yüksək sıxlıqlı silisium batareyaları əldə edəcəklər və onların həcmləri 6000 mAh-a yaxın olacaq. Məlumata əsasən insayder Snapdragon 8 Gen 4-ün test olunduğu 3 ədəd smartfonu görüb və onların hamısı 5500 mAh enerji tutumlu batareyaya sahibdir. Snapdragon 8 Gen 4-ə sahib smartfonların daha böyük həcmli batareyaları əldə etmə səbəbi kimi bu prosessorun daha çox enerji sərfiyyatına sahib olacağı çıxış edə bilər.
     

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Snapdragon 8 Gen 4 prosessoru smartfonların daha böyük həcmli batareyalar əldə etmələrinə səbəb ola bilər | Technote