Snapdragon 8 Gen 4 prosessorunun mühəndislik nümunəsi AnTuTu testlərindən keçib
Elm & Texnologiya
02.05.2024
Farid Pardashunas
Çinin video platformalarından birində Snapdragon 8 Gen 4 flaqman prosessorunun mühəndislik nümunəsinin test videosu ortaya çıxıb. Ortaya çıxmış videoda Snapdragon 8 Gen 4 prosessorunun AnTuTu bençmarkındakı test nəticələri əks olunub. Məlum olub ki, Qualcomm-un növbəti flaqman prosessoru AnTuTu-da diqqət çəkən nəticələr sərgiləməyib. Belə ki, bu flaqman prosessor AnTuTu-da ümumilikdə 1 855 824 xal toplayıb.
Məsələ burasındadır ki, prosessor aşağı tezlikdə (2.4 GHz) çalışıb. Bunun nə ilə bağlı olduğu məlum deyil. Ola bilsin ki, prosessorun mühəndislik versiyası yüksək temperatura kimi qızdığı üçün onun performansı süni şəkildə aşağı salınıb. Son məlumatlara əsasən Snapdragon 8 Gen 4-ün final versiyası Snapdragon 8 Gen 3 ilə yanaşı Apple A17 Pro prosessorunu da geridə qoya biləcək. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 4-ün təqdimatı oktyabr ayında baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S25 Ultra-nın batareyası gözlənilən kimi olmaya bilər!
Samsung Galaxy S25 Ultra-nın batareyası gözlənilən kimi olmaya bilər!
Samsung markası bir neçə nəsildir ki, flaqman smartfonlarının batareyası haqqında çox da dəyişiklik etməyib. Bu xoşagəlməz ənənənin Galaxy S25 Ultra modelində də davam edəcəyi gözlənilir.
Snapdragon X Plus desktop prosessoru təqdim edilib
Snapdragon X Plus desktop prosessoru təqdim edilib
Qualcomm keçən il Snapdragon X Elite adlı desktop prosessorunu təqdim etmişdi. İndi isə şirkət daha bir yeni desktop prosessorunu təqdim edib. Söhbət, Snapdragon X Plus-dan gedir.
Snapdragon 8 Gen 4-ü ilk əldə edəcək smartfonların brendləri açıqlanıb
Snapdragon 8 Gen 4-ü ilk əldə edəcək smartfonların brendləri açıqlanıb
Qualcomm öz növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 4-ü bu ilin ikinci yarısında təqdim edəcək.
Qualcomm-un Snapdragon X Plus adlı yeni desktop prosessoru Geekbench testlərindən keçib
Qualcomm-un Snapdragon X Plus adlı yeni desktop prosessoru Geekbench testlərindən keçib
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Qualcomm şirkəti Snapdragon X Plus adlı yeni desktop prosessorunu təqdim etməyə hazırlaşır.
Exynos 2500 prosessoru Snapdragon 8 Gen 4-dən daha az enerji sərfiyyatına sahib olacaq
Exynos 2500 prosessoru Snapdragon 8 Gen 4-dən daha az enerji sərfiyyatına sahib olacaq
PhoneArena saytı öz mənbələrinə istinadən Qualcomm və Samsung şirkətlərinin növbəti flaqman prosessorları barəsində maraqlı bir məlumatı çatdırıb.
Həftənin xəbərləri
CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!
OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!