
Snapdragon 8 Gen 4-ün mühəndislik nümunəsi artıq mobil oyun testlərindən keçib
Elm & Texnologiya
23.01.2024
Emil
X (keçmiş Twitter) istifadəçilərindən biri hələ təqdim olunmamış Snapdragon 8 Gen 4 prosessorunun mühəndislik nümunəsinin qeyri-rəsmi test nəticələrini açıqlayıb. Məlumata əsasən Snapdragon 8 Gen 4 prosessorunun mühəndislik nümunəsi Genshin Impact oyununda test olunub. Təqdim edilmiş məlumata inansaq, prosessor diqqət çəkən nəticələr sərgiləyib. X istifadəçisinin sözlərinə əsasən prosessorun test versiyası oyunda keçirilmiş 45 dəqiqə ərzində 1080p keyfiyyətində stabil 60fps-i təmin edə bilib. Gözləntilərə əsasən Snapdragon 8 Gen 4-ün final versiyası daha yüksək nəticəni sərgiləyə bilər. Məlumata əsasən sözügedən prosessorun tərkibinə Adreno 830 qrafik çipi daxildir. Snapdragon 8 Gen 4-ün bu ilin payız fəslində təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
