Logo
    main-post-cover

    Snapdragon 8 Gen 4-ün müxtəlif bençmarklardakı test nəticələri ortaya çıxıb

    Elm & Texnologiya
    06.11.2023
    Emil
         Bazarda Snapdragon 8 Gen 3 prosessoruna sahib smartfonların yeni-yeni təqdim olunmalarına baxmayaraq internetdə artıq Snapdragon 8 Gen 4 prosessoru barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Təbii ki, söhbət prosessorun final versiyasından deyil, prototipindən gedir. Snapdragon 8 Gen 4-ün yalnız gələn il təqdim olunacağı gözlənilir. İnternetdə sözügedən prosessorun prototipinin müxtəlif bençmarklardakı test nəticələri ortaya çıxıb və həmin nəticələr artıq indidən diqqəti cəlb edirlər. Beləliklə insayderlərin sözlərinə əsasən Snapdragon 8 Gen 4 prosessoru 3DMark Wild Life Extreme bençmarkında Apple M2 desktop prosessorundan 10% daha çox xal toplayıb.
         Daha dəqiq desək, 7200 xal. Bu isə o deməkdir ki, onun tərkibində olacaq Adreno 830 qrafik çipi olduqca güclü olacaq. Bununla yanaşı prosessor Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 2800 xal, çox nüvəli testi çərçivəsində isə 10 000 xal toplayıb. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Qualcomm rəsmi şəkildə təsdiqlədi ki, gələn ilki flaqman Snapdragon prosessoru şirkətin Oryon adlı fərdi desktop nüvələrini əldə edəcək ilk Snapdragon modeli olacaq. Bunun məhz Snapdragon 8 Gen 4 olacağı gözlənilir.
    Paylaş