
Snapdragon 8 Gen 4-ün sahib ola biləcəyi fərqləndirici özəlliyi açıqlanıb
Elm & Texnologiya
14.03.2024
Emil
Qualcomm oktyabr ayında baş tutacaq Snapdragon Summit 2024 tədbiri çərçivəsində Snapdragon 8 Gen 4 flaqman prosessorunu təqdim edəcək. Koreyanın kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Snapdragon 8 Gen 4 bazarda LPDDR6 standartlı RAM yaddaşlarını dəstəkləyəcək ilk mobil prosessor ola bilər. Məlumata əsasən iPhone 16 smartfon seriyasında istifadəyə veriləcək A18 Pro prosessoru isə LPDDR5T standartlı RAM yaddaşlarını dəstəkləyəcək. Digər tərəfdən LPDDR6 standartlı RAM yaddaşlarının istehsalı mövzusunda hal-hazırda problemlər yaşandığına görə onların mobil prosessorlara inteqrasiyası 2025-ci ilə kimi də təxirə salına bilər. Buna görə də Snapdragon 8 Gen 4 prosessorunun LPDDR6 standartlı RAM yaddaşlarını dəstəkləyəcəyi məlumatına bir qədər şübhə ilə yanaşmaq lazımdır.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
