main-post-cover

    Snapdragon 855 və 12 GB RAM dəstəkli ilk smartfon Lenovo Z5 Pro GT təqdim olundu

    Elm & Texnologiya
    18.12.2018
    Farid Pardashunas
        Lenovo şirkəti Z5 Pro smartfonunun təkmilləşdirilmiş versiyası olan Z5 Pro GT modelini təqdm edib. Bu smartfon Snapdragon 855 prosessorunu əldə etmiş ilk mobil cihaz oldu. Bununla yanaşı Lenovo Z5 Pro GT dünyanın 12 GB RAM göstəricisinə sahib ilk smartfonudur. Yeni smartfonun əsas özəlliklərindən biri də onun slayder formatında hazırlanmasıdır. Buna görə də smartfonun ekranı ön panelin böyük bir hissəsini əhatə edir. Əsas texniki göstəricilərə gəldikdə isə Z5 Pro GT smartfonu 19.5:9 nisbətli 2340x1080 piksel keyfiyyətli 6.39 düym Super AMOLED ekran, 8 nüvəli Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, 6/8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş, 3350 mAh enerji tutumlu batareya və ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunub.

        Kameralar baxımından smartfon 16 MP (f/1.8 diafraqmalı Sony IMX519) + 24 MP (f/1.8 diafraqmalı Sony IMX576) ikili arxa kamera və 16 MP (f/2.2 diafraqmalı) + 8 MP ikili ön kamera ilə təchiz olunub. Ön paneldəki 8 MP-lik kamera modulu əsasən istifadəçi üzünün təyn olunması üçün nəzərdə tutulub. Lenovo Z5 Pro GT ZUI 10 interfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib olan versiya 390$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib olan versiya 434$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib olan versiya 492$-a, 12 GB RAM və 512 GB daxili yaddaşa sahib olan versiya isə 635$-a satılacaq. Smartfon gələn ayın sonunda satışa çıxacaq.

        Bununa yanaşı Lenovo şirkəti bu smartfonun daha sadələşdirilmiş versiyası olan Z5s-i də təqdim edib. İkinci təqdim olunmuş smartfon daha çox büdcəli smartfonlar seriyasına aiddir. Z5s modeli 19.5:9 nisbətli 2340x1080 piksel keyfiyyətli 6.39 düym ekranla təchiz olunub. Ekran smartfonun ön panelinin 92.6%-ni əhatə edir və Gorilla Glass qoruyucu şüşəsinə sahibdir. Ekranın yuxarı hissəsində həmçinin V şəkilli çıxıntı hissə yerləşdirilib.

        Əsas texniki göstəricilərə gəldikdə isə Lenovo Z5s 8 nüvəli Snapdragon 710 prosessoru, Adreno 616 qrafik sürətləndirici, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəyi), sürətli enerji yığma texnologiyalı 3300 mAh enerji tutumlu batareya, 16 MP (f/1.8 diafraqmalı) + 8 MP (f/2.4 diafraqmalı) + 5 MP (f/2.4 diafraqmalı) üçlü arxa kamera və 16 MP-lik (f/2.0 diafraqmalı) ön kamera ilə təchiz olunub.
        Kameralar həmçinin süni zəka alqoritmlərinin dəstəyi ilə çalışırlar. Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşir. Smartfon ZUI 10 interfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. 4 GB RAM və 64 GB daxili yaddaş sahib olan versiya 205$-a, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib olan versiya 230$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib olan versiya isə 275$-a satılacaq. Lenovo Z5s bu ayın sonunda Çində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər