main-post-cover

    Snapdragon 865-in bütün texniki özəllikləri təqdim olundu

    Elm & Texnologiya
    05.12.2019
    Emil Nəcəfov
        Qualcomm şirkəti dünən təqdim etmiş olduğu Snapdragon 865 prosessorunun bütün texniki özəlliklərini təqdim etdi. Beləliklə Snapdragon 855 kimi Snapdragon 865 prosessoru da 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb və 8 nüvəyə sahibdir. 4 ədəd Cortex-A77 nüvəsi (3-ü 2.84 GHz tezlikdə, 1-i isə 2.4 GHz tezlikdə çalışır) və 1.8 GHz tezlikdə çalışan 4 ədəd əlavə nüvə. Snapdragon 865 prosessoru Adreno 650 qrafik çipi ilə təchiz olunub. Bu çip isə əvvəlki modeldən 25% daha güclüdür.
        Beləliklə Snapdragon 865 prsessorlu smartfonlar 60 GHz tezlikli 4K, 144 Hz tezlikli Quad HD+ keyfiyyətli ekranları və o cümlədən Rec2020, HDR10HDR10+ rəng qammalarını dəstəkləyə bilirlər. Bundan əlavə olaraq Snapdragon 865 prosessoru X55 adlı 5G modemə də sahibdir. Bu modem birbaşa prosessora quraşdırılıb. Beləliklə onu ayrıca olaraq smartfonlara quraşdırmaq lazım olmayacaq.
        Sözügedən modem TDDFDD tezlikli mmWavesub-6 şəbəkələrində çalışa bilir. Onun maksimal download sürəti saniyədə 7.5 Gbit, upload sürəti isə saniyədə 3 Gbit təşkil edir. Bütün bunlardan əlavə olaraq Snapdragon 865 prosessoru 5-ci nəsil AI Engine (hesablama gücü 15TOPs) texnologiyası və təsvirin emal olunması üçün nəzərdə tutulmuş Spectra 480 ISP çipi ilə təchiz olunub. Bu çip öz növbəsində 200 MP keyfiyyətli fotoları yarada və saniyədə 2 Gbit sürətlə çalışa bilir.
        Təbii ki, Snapdragon 865 Wi-Fi 6, Bluetooth 5.1, NFC modul, iki tezlikll GPS, USB-C, iki SIM kart girişi, LPDDR4XLPDDR5 standartlı 16 GB-a kimi RAM göstəricisi kimi texnologiyaları dəstəkləyir. Snapdagon 865 prosessoruna sahib smartfonlar artıq gələn ilin əvvəlində satışa çıxacaqlar. Bu prosessoru əldə edəcək smartfonlardan biri də Xiaomi Mi 10 olacaq.
    Linki kopyala