Snapdragon 865 prosessorlu ilk smartfon test edildi (VİDEO)

Snapdragon 865 prosessorlu ilk smartfon test edildi (VİDEO)

Texnologiya
06.12.2019 PAYLAŞIM

    Yeni flaqman prosessor modeli olan Snapdragon 865 ilə birlikdə Qualcomm şirkəti bu prosessor vasitəsilə çalışan test məqsədli smartfonu da təqdim etmişdi. Mrwhosetheboss adlı Youtube kanalının müəllifi olan Arun Maini isə həmin smartfonu əldə edərək onu test etməyi bacarıb. Bu barədə 4pda saytı xəbər verib. Qualcomm tərəfindən təqdim edilmiş smartfon satış üçün nəzərdə tutulmayıb və tam yekun dizayna sahib deyil.


    Onun arxa panelində şəbəkə antenlərini görmək olar. Lakin buna baxmayaraq videobloqqer həmin smartfonda olan Snapdragon 865 platformasını test etməyi bacarıb. Test çərçivəsində o, həmin prosessor üçün nəzərdə tutulmuş oyunları oynayıb, yüksək keyfiyyətli videolar çəkib və prosessorun ümumi performansını yoxlayıb. Test nəticələrinin əsas hissəsi aşağıdakı kimidir.

- Əvvəlki prosessorlarda olmayan qrafik effektlərin yeni prosessora inteqrasiya edilməsi

- Google Play vasitəsilə qrafik drayverlərin yenilənməsi

- Saniyədə 120 kadr sürətlə 4K videoların çəkilməsi

- Saniyədə 30 kadr sürətlə 8K videoların çəkilməsi

- Saniyədə 960 kadr sürətlə slow-mo videoların çəkilməsi

- 200 MP keyfiyyətli fotoların yaradılması

- Hər bir rejim üçün mümkün olan maksimal keyfiyyətli foto və videoların eyni anda çəkilməsi

- Video çəkilişi zamanı müxtəlif obyektivlər arasında keçid və hamar zoom özəlliyi

- Dolby Vision dəstəkli videoların çəkilməsi

- Portret rejimində çəkiliş zamanı bir faylda həm arxa fonu bulanıq düşmüş fotonun həm də arxa fonu normal olan fotonun saxlanılması

- Çəkilmiş fotoda hər bir element üçün ayrıca emal olunma özəlliyi ilə fotodakı elementlərin təyin edilməsi. Məsələn saçlara daha dəqiq detalizaisya verilir, dəri daha hamar görünür, qaranlıq hissələrdə isə səs-küy aradan qaldırılır

- İnternet bağlantısı olmadan istifadəçinin demiş olduğu hansısa cümlənin digər dilə tərcümə edilməsi

- Məlumatların 5G şəbəkəsi vasitəsilə saniyədə 7.5 Gbit sürətlə ötürülməsi

- Ən yüksək 4G LTE sürəti.

Qeyd etmək lazımdır ki, Snapdragon 865 prosessoruna sahib ilk smartfonlar 2020-ci ilin əvvəlində satışa çıxacaqlar. Yuxarıda qeyd edilmiş bütün özəlliklərin bütün smartfonlarda aktiv olub-olmayacağı barəsində bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×