Snapdragon 865 prosessoru Geekbench testlərindən keçdi
Elm & Texnologiya
05.12.2019
Farid Pardashunas
Qualcomm şirkəti artıq Snapdragon 865 flaqman prosessorunun bütün texniki özəlliklərini təqdim edib. İndi isə sözügedən prosessorun real performansı məlum olub. Belə ki, Snapdragon 865-in mühəndis versiyası məşhur Geekbench bençmark saytının testlərindən keçib. İrimiqyaslı istehsalatda olan versiyaların test nəticələri bir qədər fərqlənsələr də artıq indidən Snapdragon 865-in hansı performansa sahib olacağı barəsində təsəvvürlər yaratmaq olar.
Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə Snapdragon 865 prosessoru Geekbench-in birnüvəli testində 4303 xal, çoxnüvəli testində isə 13.344 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, əvvəlki model olan Snapdragon 855 prosessorunun göstəriciləri daha aşağı idi. Belə ki, Snapdragon 855 modeli Geekbench-in birnüvəli testində 3633 xal, çoxnüvəli testində isə 11.165 xal toplayırdı. Qeyd etmək lazımdır ki, Snapdragon 865-ə sahib ilk smartfonların artıq gələn ilin əvvəlində satışa çıxacaqları gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)