Snapdragon 875 ilə bağlı bəzi yeni məlumatlar aşkarlanıb
Elm & Texnologiya
26.07.2020
Nijat Hamid
Qualcomm şirkəti hər ilin sonunda flaqman smartfonlar üçün nəzərdə tutulan yeni çipsetini təqdim edir. Yaxın günlərdə Snapdragon 865+ çipsetini təqdim edən şirkətin növbəti hədəfi gələn ilin ən güclü smartfonlarında istifadə ediləcək olan Snapdragon 875 çipsetini təqdim etməkdir. Yeni çipset ilə bağlı bəzi məlumatlar aşkarlanıb.
Snapdragon 875 çipseti "Lahaina" kod adına malik olacaq.
Yeni məlumatlar daha əvvəl də sızdırdığı məlumatların doğruluğu ilə tanınan Roland Quandt-dən gəlir. Roland-a görə yeni çipset 5 nm istehsal arxitekturasında hazırlanacaq və "Lahaina" kod adına malik olacaq. Qeyd edək ki, Lahaina Hawaii adalarında yerləşən bir şəhərin adıdır. Texniki parametrlərə baxdığımızda isə Snapdragon 875 çipseti ARM şirkətinin yeni və ən güclü nüvələri olan Cortex X1 və Cortex A78-i istifadə edəcək.
Cortex X1 nüvəsi Snapdragon 865 və 865+ da istifadə olunan Cortex A77-dən 30%, yeni Cortex A78-dən isə 23% daha güclü olacaq. Cortex X1 nüvəsinin machine learning bacarıqlarının Cortex A78-dən 2 dəfə daha güclü olacağı da bildirilir. Həmçinin 5G modeminin bu səfər çipsetin daxilinə inteqrasiya ediləcəyi də aşkarlanan məlumatlar arasındadır.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!