
Snapdragon 875 prosessorunun texniki özəllikləri barəsində məlumat verilib
Elm & Texnologiya
04.11.2020
Emil
Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, o, yeni Snapdragon 875 prosessoruna nəzər sala bilib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən yeni Snapdragon 875 prosessoru Kirin 9000 və Apple A14 Bionic kimi 5 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Sözügedən prosessor 2.84 GHz tezlikdə çalışan 1 ədəd güclü Cortex-X1 nüvəsi, 2.42 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A78 nüvəsi və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsi əldə edəcək.
ARM-in öz məlumatına əsasən Cortex-X1 nüvəsi Cortex-A78-dən 20% daha güclüdür. Məlumatda qeyd edilib ki, Snapdragon 875-in qrafik özəlliklərindən Adreno 660 çipi cavabdeh olacaq. Bununla yanaşı son məlumat sızıntılarına əsasən yeni Snapdragon modeli X60 5G modemi ilə təchiz olunacaq və mmWavem, sub-6, Wi-Fi 6 şəbəkələrini dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, Snapdragon 875 prosessoru 1-2 dekabr tarixlərində baş tutacaq. Snapdragon Tech Summit tədbirində təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
