Snapdragon 875 və Snapdragon 775G prosessorlarının bençmark performansları təqdim olunublar

Snapdragon 875 və Snapdragon 775G prosessorlarının bençmark performansları təqdim olunublar

Texnologiya
30.11.2020 PAYLAŞIM

    Artıq sabah Qualcomm şirkəti özünün Snapdragon Tech Summit 2020 tədbirini keçirdəcək. Həmin tədbirdə Snapdragon 875 flaqman prosessoru ilə orta səviyyəli Snapdragon 775G prosessorunun təqdim olunacağı gözlənilir. İnternetdə isə artıq bu prosessorların performans göstəriciləri ortaya çıxıblar. Bu barədə 4pda saytı xəbər verib. Çindən olan mənbələrin verdikləri məlumata əsasən Snapdragon 875 flaqman prosessoru AnTuTu bençmak saytında 740.000 xal toplayır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 865 Snapdragon 865+ prosessorlara sahib smartfonlar AnTuTu testində 660.000 xal toplayırlar.

    Beləliklə Snapdragon 875 modelinin performansı 12% yüksəlib. Snapdragon 775G prosessoruna gəldikdə isə insayderlər xəbər veriblər ki, AnTuTu testində bu model 530.000 xal toplayır. Əvvəlki model olan Snapdragon 765G, AnTuTu testində 340.000 xal toplayır. Bu isə o deməkdir ki, Snapdragon 775G prosessorunun performans yüksəlişi 55% təşkil edir. Məlumatda qeyd edilib ki, AnTuTu testlərindən keçmiş prosessorlar test məqsədli prosessorlar olublar. Buna görə də yeni prosessorların final versiyalarının bençmark nəticələri həm yuxarı həm də aşağı ola bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


OnePlus şirkətinin həmtəsisçisi Nothing adlı yeni brendini təqdim edib

Bir neçə ay bundan öncə OnePlus-ın həmtəsisçisi Carl Pei şirkətdən ayrılmışdı. Həmin vaxtda o, yeni ..


Smartfonlara inteqrasiya edilə biləcək şəffaf günəş paneli yaradılıb

İnçxon Milli Universitetinin alimləri dünyada ilk dəfə şəffaf günəş panelini yaradıblar.


Avtomobillər üçün yeni prosessorların yaradılması məqsədilə Samsung Tesla ilə əm..

Cənubi Koreyanın kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən gələcəkdəki tam avtono..


Mütəxəssislər məşhur rəsm əsərini 10 GP (giqapiksel) keyfiyyətində rəqəmsallaşdı..

“Mirvari sırğalı qız” tablosu ən məşhur sənət əsərlərindən biridir. Bu tablo sənətşünasların və adi ..


Xiaomi Mi Band 6 smart qolbağının sahib olacağı özəlliklər barədə məlumatlar ver..

Xiaomi şirkəti özünün Mi Band smart qolbaq seriyasını yeniləmək üzrədir. Belə ki, internetdə Mi Band..


Mütəxəssislər zibilliyə atılan smartfonların ümumi dəyərini hesablayıblar..

Statistikaya əsasən hər il 150 milyona yaxın mobil telefon tullantıya çevrilir. Bu isə milyardlarla ..

×