main-post-cover

    Snapdragon 875 yeni çipset nüvələri ilə performansda nirvana olacaq

    Elm & Texnologiya
    03.06.2020
    Nijat Hamid
            Qualcomm şirkəti hər ilin sonlarında Android smartfonlar üçün yeni flaqman çipsetlərini təqdim edir. Adətən 25-30% aralığında standart performans artışı olan çipsetlərdə bu il fərqlilik olacaq. Beləki Snapdragon, MediaTek, Kirin, Exynos kimi çipsetlərin nüvə arxitekturalarını hazırlayan ARM şirkəti əvvəlki nəsillə müqayisədə 30%-dan daha güclü olan Cortex A-78Cortex X1-i təqdim etmişdi. Qualcomm şirkəti də bu nüvələri özünün ən müasir çipseti Snapdragon 875-də istifadə edəcək.

    Snapdragon 875 çipseti 1+3+4 kimi nüvə düzülüşünə malik olacaq.

            Yəni 1 ədəd çox yüksək tezlikli Cortex X1 nüvəsi, 3 ədəd yüksək tezlikli Cortex A-78 nüvələri və 4 ədəd də az enerji istifadə edən Cortex A-55 nüvəsinin yeni versiyası ola bilər. Qeyd edək ki, Cortex X1 nüvəsi Snapdragon 865-də istifadə edilən Cortex-A77 nüvəsinə nəzərən 30% daha güclüdü. Həmçinin Cortex-A78 nüvəsinə görə isə süni zəka işlərində 2 dəfə daha üstündür. Hətta iddialara görə şirkət az enerji nüvələrini belə yeni Cortex-A78-dən seçə bilər. Bu halda demək olar ki, yeni SoC 875 çipseti ən zirvə, ən güclü çipset olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər